14 C
Baku
18 Aprel 2025, 13:51
Baş xəbərDünya

Səpələnmiş əskinaslar camaat tərəfindən yığıldı

Kolumbiyada bir filmdəki kimi soyğunçuluq!

Cənubi Amerika ölkəsi Kolumbiyada inanılmaz quldurluq hadisəsi baş verib. 2 yolsuzluq avtomobili ilə hava limanına daxil olan 12 nəfərlik dəstə filmləri xatırladan anlar yaradıb. Kolumbiyanın La Quajira departamentinin paytaxtı Riohaça şəhərindəki Almirante Padilla Beynəlxalq Hava Limanında baş verən ağılsızlıq yaradan silahlı soyğunçuluq ən azı 12 silahlı şəxsin iki yolsuzluq avtomobilində uçuş zolağına daxil olması ilə başlayıb.

Milli.Az DailyMail-ə istinadən bildirir ki, quldurlar paytaxt Boqotaya yola düşməyə hazırlaşan LATAM Hava Yollarına məxsus təyyarənin yanında dayanmış zirehli avtomobilə atəş açıblar. Hücum edənlər təhlükəsizlik işçiləri ilə toqquşub, hava limanının məftil hasarını aşıb və uçuş-enmə zolağına paralel magistral yola çıxıblar.

Qaçarkən bir kəndə çatan dəstə pulla dolu çantalarla birlikdə istifadə etdikləri maşınlardan birini yandırıblar. Yanğından sonra yanmış əskinaslar arasında bütöv əskinasları axtaran insanların görüntüləri sosial şəbəkələrdə populyarlaşıb. Hadisə yerində olan kubalı turist “Onlar silahla gəliblər. Sərnişinlər yerdə uzanıblar, hətta orada körpələr də var idi” deyib.

Dəstənin ümumilikdə 24 kisə pul oğurladığı, lakin indiyədək onlardan yalnız dördünün ələ keçirildiyi bildirilir. Polis qaçan şübhəlilərdən yalnız ikisini yaxalaya bilib. Oğurluqdan sonra hava limanında uçuşlar bir neçə saatlıq dayandırılıb.

Soyğunçuların nə qədər pul oğurladığı barədə dəqiq məlumat verilməsə də, istintaqın davam etdiyi bildirilir.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

QHT Şamaxıda həssas qruplara xoş anlar yaşatdı

Kəmalə Sultan

Rusiya: “Ukrayna 113 PUA ilə torpaqlarımıza hücum etdi”

Aynur Camal

Hər kəs təmizlik edərkən bu səhvə yol verir!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu