Dünya

Sərgi qanla bitdi! Onlarla uşaq həyatını itirdi

Nigeriyanın cənub-qərb hissəsində yerləşən Oyo ştatında keçirilən yarmarkada izdiham yaşanıb. Səlahiyyətlilər izdihamdan sonra açıqlama verərək 32 uşağın həyatını itirdiyini, çoxlu sayda uşağın yaralandığını açıqlayıb.

Nigeriyanın cənub-qərb hissəsində yerləşən Oyo ştatında keçirilən yarmarkada izdiham yaşanıb. İzdiham nəticəsində 32 uşağın həyatını itirdiyi açıqlanıb.

Oyo İnformasiya Komissarı Şahzadə Dotun Oyelade verdiyi yazılı açıqlamada, dünən əyalətin paytaxtı İbadanda təşkil edilən xüsusi yarmarkada izdiham yaşandığını bildirib.

Oyelade izdihamda 32 uşağın həyatını itirdiyini, çox sayda uşağın isə yaralandığını açıqlayıb. Yaralıların ətraf xəstəxanalara çatdırıldığını bildirən Oyelade, hadisə ilə bağlı istintaqın davam etdiyini bildirib.

Oyo Qubernatoru Seyi Makinde açıqlamasında hadisə ilə bağlı istintaq başladıldığını və yarmarkanın təşkilatçılarının saxlanıldığını bildirib.

Mənbə: Tgrt

Aynur Camal

Oxşar xəbərlər

El-Ninyo Panama kanalını çətin vəziyyətə saldı: gəmilərin keçidi azaldılır

Aynur Camal

Həkim açıqladı: Bu növ şaurmanı hər gün yemək olar

Aynur Camal

İnsan beyninin yanında yeni immun müdafiə mərkəzi aşkarlandı: onun vəzifəsi nədir?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu