Nigeriyanın şimal-şərqində yerləşən Borno əyalətində mülki şəxsləri hədəf alan qanlı hücum baş verib. Yerli KİV-in məlumatına görə, Rann-Qamboru Nqala magistralına qoyulan mina sərnişin avtobusu keçərkən işə düşüb. Partlayış nəticəsində azı 26 nəfərin öldüyü bildirilir.
Səlahiyyətlilər hadisədən sonra bölgədə təhlükəsizlik tədbirlərini artırıb və hələlik heç bir təşkilatın hücuma görə məsuliyyəti üzərinə götürmədiyini açıqlayıb. Partlayışdan sonra çoxlu yaralı xəstəxanalara aparılıb.
Mənbə: İlkha