11 C
Baku
7 Dekabr 2024, 18:50
Baş xəbərDünya

Sərnişin avtobusu torpaq altında qaldı: 4 ölü

Kamerunun qərb əyalətində leysan yağışların səbəb olduğu sürüşmə nəticəsində 3 sərnişin avtobusu və çox sayda işçi torpaq altında qalıb. Səlahiyyətlilər hadisədə 4 nəfərin öldüyünü, 50 nəfərdən hələ də xəbər almadıqlarını və xilasetmə işlərinin davam etdiyini bildirib.

Kamerunda leysan yağışlardan sonra meydana gələn seldə 3 sərnişin avtobusu və çox sayda işçi torpaq altında qalıb.

Kamerunun ictimai işlər naziri Emmanuel Nganou Djoumessi ölkənin Qərb əyalətindəki Dşanq və Duala şəhərini birləşdirən magistral yolun bir hissəsi olan fəlakət bölgəsini ziyarət etdikdən sonra verdiyi açıqlamada çərşənbə axşamı yağan güclü yağışların torpaq sürüşməsinə səbəb olduğunu bildirib.

Djoumessi hadisədən sonra 4 nəfərin cəsədinin yerdən çıxarıldığını və çox sayda insanın torpaq altında basdırıldığını bildirib.

Kamerun rəsmiləri hadisədən sonra 50 nəfərdən xəbər olmadığını bildiriblər.

Mənbə: Hurriyet.Tr

Aynur Camal

Oxşar xəbərlər

Dərman fabrikinə çevrilən evə basqın edildi

Teymur Əziz

Sionist nazir Ben-Qvir İsrail xalqına silah çəkdi!

Aynur Camal

14 yaşdan kiçik insanlar üçün sosial media qadağan edildi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu