32 C
Baku
24 İyul 2024, 19:18
Dünya

Sərnişin qatarı relsdən çıxıb: 50 nəfər xəsarət alıb

Rusiyanın Komi Respublikasında sərnişin qatarının relsdən çıxması nəticəsində 50 nəfər xəsarət alıb.

Rusiyanın Komi Respublikasının Vorkuta şəhərindən Novorossiysk istiqamətində hərəkət edən sərnişin qatarının 9 vaqonu relsdən çıxıb.

Hadisə yerinə çoxlu axtarış-xilasetmə qrupu və təcili yardım maşınları göndərilib.

50 yaralıdan 7-nin vəziyyəti ağırdırRusiya Səhiyyə Nazirliyi ilkin məlumatlara görə, təxminən 50 nəfərin yaralı olaraq vaqondan çıxarıldığını, yaralılardan 7-nin vəziyyətinin ağır olduğunu açıqlayıb.

 Rusiya İstintaq Komitəsi vaqonların relsdən çıxması ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb.

İlkin təsbitlərə görə, relslərin güclü yağışlar nəticəsində zədələndiyi və qəzanın bu səbəbdən baş verə biləcəyi vurğulanır.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Narkobaron çarpayının altında tapıldı

Kəmalə Sultan

Con Lennonun itirilmiş gitarasına rekord qiymət!

Aynur Camal

Doqquzuncu planetin varlığına dair yeni dəlillər tapıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu