11 C
Baku
13 Mart 2025, 22:05
Dünya

Sərnişin təyyarəsi flaminqo sürüsünə çırpılıb

Hindistanın Mumbay şəhərində Emirates Hava Yollarına məxsus təyyarənin flaminqo sürüsünə çırpılması nəticəsində 36 quşun öldüyü bildirilib. Digər tərəfdən, qəzada “cüzi ziyan” alan təyyarənin 310 sərnişinlə təhlükəsiz eniş etdiyi qeyd edilib.

Hindustan Times-ın məlumatına görə, səlahiyyətlilər, flaminqo sürüsünə çırpılan Emirates Airlines sərnişin təyyarəsi ilə bağlı açıqlamalar verib.

Mumbayın Ghatkopar rayonunda baş verən qəzada 36 flaminqonun öldüyü bildirilib.

Digər tərəfdən, qəzada “cüzi ziyan” alan təyyarənin 310 sərnişinlə təhlükəsiz eniş etdiyi qeyd edilib.

Hadisə ilə bağlı araşdırmalar davam edərkən ekoloji ekspertlər ərazidə çəkilən elektrik xətlərinin quşların istiqamətini itirməsinə səbəb olduğunu və qəzanın baş verməsinin də bu səbəbdən olduğunu iddia ediblər.

Mənbə: Ahaber

Aynur Camal

Oxşar xəbərlər

Trump rəqibi Harrislə debatdan imtina etdi

Aynur Camal

Bazara girən bəbirin hücumu nəticəsində 2 nəfər yaralandı

Bugün TV

Mühacirlərin sığınacaq istəməsinə qadağa qoyulacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu