Dünya

Şübhəli paket xəbərdarlığı

ABŞ-ın paytaxtı Vaşinqtonda Respublikaçılar Milli Komitəsinin (RNC) baş qərargahına göndərilən şübhəli paket panikaya səbəb olub.

ABŞ mətbuatında yer alan xəbərlərə görə, RNC-nin paytaxtdakı qərargahına giriş-çıxışlar, içərisində qanla dolu butulkaların olduğu deyilən bağlamaya görə müvəqqəti olaraq dayandırılıb.

Bina evakuasiya edildikdən sonra təhlükəsizlik üçün çevik yoxlama aparılıb.

Bir müddət sonra polis “problem yoxdu” açıqlaması verib və RNC qərargahı və əməkdaşlarının binaya qayıtmasına icazə verilib.

Poçtla çatdırılan bağlama ilə bağlı rəsmi açıqlama verilməyib.

Polisin araşdırma zamanı qərargah binasının yerləşdiyi küçəyə qoyduğu sarı zolaqlar götürülərək nəqliyyatın hərəkətinə yenidən icazə verilib.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

Alimlər paslanmayan qədim dəmirin sirrini açıqladılar

Aynur Camal

ABŞ, Pentaqon Rusiya və Çinə nüvə planı hazırladığı üçün İrana zərbələri dayandırır

Aynur Camal

Sky News: Ukraynada yeraltı PUA istehsalı şəbəkəsi fəaliyyət göstərir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu