15.7 C
Baku
17 May 2025, 0:05
Baş xəbərMədəniyyət

Şərq gözəlliyinin nəğməkarı…

“Eldar Hüseynovu şəxsən və onun poeziyasını, onun yaradıcılığını hamıdan gözəl, hamıdan daha yaxşı, dərin tanıdığım üçün, onun haqqında geniş bir rəy yazmaq qərarına gəldim. Burada həm onun tərcümeyi-halın bəzi məqamlarına səthi olsa da, toxunacaham”.

Bugun.tv -xəbər verir ki, şair haqqında bu şeirləri Nəcibə İlkin ZiM.Az saytının baş redaktoru müsahibəsində deyib.

O, qeyd edib ki, Eldar Hüseynov bizim rusdilli şairimizdir. Sırf bakılıdır. Atası azərbaycanlı, anası polşalıdır. Atası tərəfdən kökləri qədim Xilə (indiki Əmircan) kəndindəndir. Əcdadları da (ata babası tərəfdən – Hacı Heybətqulu Məmmədqulu oğlu) 1800-ci illərdən bəri Əmircanda məskunlaşıblar. Gənclik illərindən (təqribən 1980-ci illərdən) şeir yazmaqla məşğul olur. Düzdür, onun şeirə, nəzm formasına olan həvəsi hələ Ukraynada hərbi xidmətdə olan vaxtdan (1972-1974-cü illərə təsadüf edir) gəlir. Və bu həvəs məhz bu gün onu ədəbi mühitə gətirib-çıxarıb. Şeir yazsa belə, onların dərci məsələsi üzrə, və öz yaradıcılığının qabağa, irəliyə çəkilməsi üzrə heç vaxt sistemli şəkildə düşünməmişdir. 2006-ci ildə Azərbaycan Yazıçılar Birliyinin “Literaturnı Azərbaycan” jurnalında bir neçə şeiri dərc olunmuşdur. O zaman baş redaktor Mansur Vəkilov idi. Həmçinin Azərbaycan Yazıçılar Birliyinin “Xəzər” ədəbi cəmiyyətinin üzvü olmuşdu. Müxtəlif vaxtlarda almanaxlarda, antologiyalarda öz yaradıcılığı ilə çıxış etmişdir.

“Позывные моей души» («Ruhumun çağırışları”) ilk kitabı 2014-cü ildə Bakıda “Elm və Təh¬sil” nəşriyyatında çap olunmuşdur. Onun redaktoru o vaxtı “İcmal” qəzetinin baş redaktoru Teyfur Çələbi olmuşdur. Bu kitab tezliklə Kanadada, Toronto şəhərində “Altaspera” Nəşriyyatı tərəfindən yenidən nəşr edilmişdir. O vaxtı müəllif bir müddət “İcmal” qəzetində öz şeirlərini dərc edirdi. Bu kitabın ilk dərci olmuşdur. Bununla əlaqədar 2014-cü ilin sentyabr ayında “Suraxanı rayon Gənclər Evi”ndə kitabın təqdimatı üzrə tədbir keçirilmişdir.

“Позывные моей души» («Ruhumun çağırışları”) ikinci, bir qədər dəyişikliklərlə və yenidən işlənmiş nəşri 2023-cü ilin avqust ayında işıq üzünü görmüşdür. İkinci nəşrin redaktoru və ümumiyyətlə dərc olunmasının təşəbbüskarı mən özüməm. Bu kitab müxtəlif mövzulu lirik şeirlərdən və poemalardan ibarətdir. Kitab məhz bizim hörmətli, dəyərli və sevimli Mehriban xanıma həsr olunmuş şeirlərdən başlanır. Hətta ilk iki sonetlərin məzmunundan da görmək olar ki, kitabın özü də məhz həmin insana həsr olunmuşdur. Ön sözdə mən bu sonetlər haqqında kifayət qədər demişəm, lakin bu əsərlər o dərəcədə təsirlidir ki, mən onların tilsiminin təsiri altında hələ də qalaraq, yenə də və yenə də onların gözəlliyindən oxucuların qarşısında danışmaq istəyirəm.

Son dövrlər (2014-cü ildən bəri) Eldar Hüseynov sonetlər yazmağa başladı.

Sonet — lirik janrın növüdür. Qərbi Avropa ədəbiyyatında orta əsrlərdə çox işlənən bir şeir növüdür. Onun vətəni İtaliyadır. Adətən, 14 misradan ibarətdir. Şeir iki hissəyə ayrılır. Hər bir hissə özü də 2 bəndin vəhdətindən yaranır, birinci hissədəki bəndlərdən hər biri 4 misradan, ikinci hissədəki bəndlərin hər biri isə 3 misradan ibarət olur. Birinci hissədəki bəndlər katren, ikinci hissədəki bəndlər terset adlanır.

İtaliyada Dante, İngiltərədə Şekspir çoxlu sonet yazmışlar. Azərbaycan ədəbiyyatında Səməd Vurğun və Süleyman Rüstəmin yaradıcılığında da sonetlərə təsadüf edilir. Sonet nəzmin ən mürəkkəb formasından sayılır və Eldar Hüseynov onun öhdəsindən çox müvəffəqiyyətlə gəlib.

Bu on il ərzində (2014-cü ildən bu vaxta kimi) şairin digər kitabları da dərc olunmuşdur – «Пришелец» («Gəlmə») (2017) və «Сто сонетов Эль Бакуви» (“El Bakuvinin yüz soneti”) (2019). «Сто сонетов Эль Бакуви» (“El Bakuvinin yüz soneti”) kitabına ön sözün müəllifi Teyfur müəllim Çələbi ilə yanaşı mən və Nadir müəllim Məmmədli də olmuşdur. Ümumiyyətlə ədəbiyyat sahəsində Eldar Hüseynov artıq qırx ilə yaxındır ki, çalışır. Onun kitablarında şeirlərin xronoloji ardıcıllıqla olması faktı, müəllifin poeziya janrında aşağı peşəkarlıq səviyyəsindən tutmuş, bu günki kimi yüksək zirvələrə kimi necə gəlib çatması, oxuculara aydın şəkildə nümayiş etdirə bilər.

Eldar Hüseynovun istedadını ilk dəfə Teyfur müəllim Çələbi görmüş və yazdığı ön sözündə müəllifi Şərqin yeni Dan ulduzu ilə müqayisə etmişdir. Həmin sözlərə qoşularaq, mən də deyə bilərəm ki, bəli, bu gün poeziyamızın, ədəbiyyatımızın yüksək zirvəsi olan məhz El Bakuvi hesab olunmalıdır. Və əgər biz hal-hazırda da, bu on ilin ərzindəki kimi, onun istedadına müəyyən fikir və diqqət verməyib, ondan yan keçsək, onda biz öz üzərimizə böyük günahı qəbul etmiş olarıq.

Bir mütəxəssis kimi deyə bilərəm ki, incəsənətin istənilən sahəsində iri janrına aid əsərin yaradılması (musiqidə – opera, balet, simfoniya, ədəbiyyatda isə poem sayılır) ölkənin mədəni həyatında müsbət bir hadisənin baş verməsi kimi qiymətləndirilməlidir. Şairimiz El Bakuvi (Eldar Hüseynov) «Пришелец» (“Gəlmə”), «Прометей» (“Prometey”) kimi poemaların, eləcə də iki kiçik poemaların – «Самая первая и настоящая» (“Ən birinci və əsli”) və «Клер» (“Kler”) müəllifidir. Beləliklə, El Bakuvi (Eldar Hüseynov) bu normativi dörd dəfə yerinə yetirib.

Ayırca və xüsusi olaraq burada müəllifin həm də sonet kimi kifayət qədər mürəkkəb poetik formaya müraciət edilməsini vurğulamaq istəyirəm. Şair tərəfindən artıq 500-dən artıq sonet yazılmışdır.

El Bakuvinin (Eldar Hüseynov) şeirlərin rus dilində yazılmasına baxmayaraq, sırf Azərbaycan Xalqı üçün çalışıb, yaradır, və özünü də məhz Azərbaycan şairi kimi oxuculara təqdim edir. Azərbaycan Ədəbiyyatı üçün bir fəxr, fərəh sayılmalıdır ki, onun sırf rus şairlərindən də qat-qat üstün olan Eldar Hüseynov kimi söz ustaları var. Məgər başımızın ucalığı olmazdır ki, şairlərimizdən birisi Bakuvi rus dilində çalışdığı kimi, fransız dilində, qeyriləri isə italyan, ingilis dilində həmin səviyyədə öz əsərlərini yaradardı?

Tam ədalətli olardı ki, əgər biz bu gün etiraf edib, deyərdik:

“Bəli. El Bakuvi əsl söz ustasıdır”.

Çox qəribədir ki, bizim, poeziya üzrə yüksək mütəxəssislərimiz bu kitabçadan ötəri, Bakuvinin yaradıcılığından ötəri öz rəylərin bu günə kimi bildirməyib, halbuki «Позывные моей души» («Ruhumun çağırışları”) kitabını elə 2014-cü ildə Kanadının Toronto şəhərində dərc olunmuşdur.

Kitab «Как прекрасен Восток» (“Şərq necə də gözəldir”) şeiri ilə açılır. Mənə elə gəlir ki, gözəlliyi hamıdan yaxşı ancaq Şərqin şairləri vəsf edə bilir, çünki Azərbaycan qadını, azərbaycanın ümumiyyətlə bütün təbiətinin belə gözəlliyi tamamilə başqadır. Yəni burda bizim dünya şöhrətli Azərbaycan xanımımız, bizim ictimai xadımimiz Mehriban xanım Əliyevaya həsr etdiyi sonetdə onun baxışında, onun fəaliyyətində, simasında, xarici və daxili mükəmməl aləmin bütün gözəlliklərini, bütün incəliklərini təbiətin fırçasılə, sözün rəsmilə çəkib, həm milli, həm də dünya oxucusuna kifayət qədər dolğun formada çatdıra bilmişdir.

Eldar Hüseynov özünün bütövlükdə qəribə saf dünyası var. Mən deyərdim, bəklə də onu elə o saf dünyasıdır o sonetləri yazıb, o dərəcədə gözəllik yaratmağa sövq eləyib. O, o qədər təmiz qəlbin, təmiz ruhun həqiqətən də sahibidir ki, o təmizlikdə, o gözəllikdə onun şeirlərinin hər misrasında hiss etməmək mümkün deyil.

Eldar müəllim baş redaktor olduğum “Azad Qələm” jurnalında işləyir və mütamadi olaraq, öz yaradıcılığı ilə çıxış edir. O bütün yazıb-yaratdığı şeirlərdə yalnız onun insani hissləri, onun insanlığa olan sevgisinin aliliyini duymaq olur. Və bu ali hisslərdən doğan şeirlər hər bir oxucunu özünə cəlb edir. Elə bil, bir rəsm əsərinə baxırsan, həmin rəsm əsərində sözü ilə çəkilmiş gözəlliyi görürsən. Bu baxımından mən Eldar müəllimi təbrik edirəm, ona uğurlar diləyirəm. İnanıram ki, Eldar Hüseynov ədəbi mühitdə özünəməxsus yeri tapacaq, sevinəcək, oxucular tərəfindən. Baxmayaraq ki, onun şeirləri rus dilindədir, lakin çox səlis, asanlıqla tərcümə olunur, oxunur, çünki onlarda o qədər asanlıq, o qədər rahatlıq var ki, insanın ruhuna yatır. Bütövlüklə Eldar Hüseynovun o dərəcədə saf və təmiz qəlbilə, ruhu ilə o gözəlliyi görmək bacarığı var. Eldar müəllim gözündə bütün Şərq qadınları gözəldir. Həqiqətən də, Azərbaycan qadını, Şərq qadını bütün ölkə qadınlarından fərqlidirlər – insanlığı ilə, gözəlliyi ilə, saflığı ilə, təmizliyi ilə, əxlaqı ilə, yüksək keyfiyyətlərilə. Və məhz bu baxımından Eldar müəllimi alqışlamağa dəyər.

Şübhəsizdir ki, Eldar Hüseynov şeirləri cəlbedicidir, heyratamizdir. İnsanın ruhuna çox doğmadır, çox yaxındır. Mən inanıram ki, çağdaş Azərbaycan ədəbiyyatında özünəməxsus dəsti-xətti olan şair-yazarlarımızın içində El Bakuvi imzası xüsusi olaraq seçiləcək. Ən azından onun rus dilli olması – bilirəm ki, o dildə şeirin özünün tamamilə başqa bir gözəlliyi var. Onun bir neçə şeirini tərcümə etmişəm (çox güman ki, bu kitab da tezliklə işıq üzü görəcək), və Eldar müəllim yazdığı hər bir sonetdə, hər bir misrasında demək olar ki, istədiyimiz, amma görə bilmədiyimiz gözəlliklər o dərəcədə poetik ifadələrlə orada öz təsdiqini tapır ki, istər-istəməz o şeirin poetik dünyasına düşürsən, və özünü tamamilə başqa aləmdə hiss edirsən.

İndi tam sərbəst şəkildə demək olar ki, endən bəri qədim Xilə kəndi (Əmircan) haqlı olaraq fəxr edə bilər ki, məhz bu torpaqda, bu eldə-obada El Bakuvi kimi söz ustası yetişib.

2024-cü ilin avqustun 26-sı, bildiyimiz kimi, hamımızın sevimlisi olan, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Hörmətli Mehriban xanım Əliyevanın ad günü, yubileyi olmuşdu. Bununla əlaqədar şairimiz Eldar Hüseynov sürpriz qismində “Suvenir” adlı sonetlər toplusunu dərc etmişdir. Bu toplu – şairin on il ərzində zəhmətin bəhrəsi, nəticəsi olub. Dünya ədəbiyyatı ilə kifayət qədər tanışam.

Lakin buna bir misal tapa bilmirəm. “Suvenir” toplusunu həqiqətən də dünya ədəbiyyatının şedevr nümunəsi adlana bilər.

Biz fəxr etməliyik ki, məhz qədim və müdrik Azərbaycan Xalqının nümayəndəsi, buna nail ola bilib. Nəzm formasında söz vasitəsilə ilə bizim kraliçamız üçün yaradılmış güllər çələngi, buketidir.

İndi, “Suvenir” toplusuna daxil olan bir-iki soneti təhlil etmək istərdim:

  • Наших судеб таинственных путь и тернист, и извилист,
  • Но стремимся к вершине мы оба – на гребень волны!
  • И стремления наши едины – на благо страны!
  • И на поприще этом уже мы чего-то добились.
  • Я сонеты слагаю в высоком и в западном стиле
  • О которых уже говорят: «…не имеют цены!».
  • В них секреты любви, тайны мира, моей седины,
  • И которым аналогов нет в поэтической силе.
  • А на ваших плечах руководство страной и народом,
  • Благоденствие граждан и мир, справедливость, расцвет…
  • И в Истории яркий, глубокий, сверкающий след,
  • Что способен сиять в нашей памяти годы и годы.
  • Дай Вам Бог процветать и работать хоть тысячу лет
  • В нашем дивном краю изобилия, счастья, свободы!

Şeirdə əsas mövzu olaraq, Vətənə olan sevgisi, xalqın rifahı və dövlətin gələcəyi vurğulanır. Şair, şəxsi həyatını və yaradıcılığını, daha geniş bir sosial və milli kontekstdə təqdim edir. Vətənin hərtərəfli inkişafı və xalqın xoşbəxtliyi onun əsas məqsədidir. Bu, klassik Azərbaycan ədəbiyyatında tez-tez qarşılanan bir mövzudur: Azərbaycanın parlaq gələcəyi üçün insanların və dövlətin birliyi, elm və incəsənətin inkişafı. Məsələn, Nizami Gəncəvi və Füzuli kimi böyük şairlər, həm fərdi təcrübələrini, həm də cəmiyyətin rifahını diqqətə alaraq əsərlərini yaratmışlar. Nizami Gəncəvinin “Xəmsə” əsərləri, dövlətin inkişafına, xalqın xoşbəxtliyinə və ədalətə yönələn dərindən düşünülmüş fəlsəfi baxışları ilə məşhurdur. Bu baxımdan, şairin əsərindəki vətənə və xalqa olan xeyir-dua da bu ənənəni davam etdirir. Şair burada həm özünün, həm də xalqının gələcəyini düşünür.

Bakuvi burada qeyd edir ki, Mehriban xanımın fəaliyyəti və həyatı tarixdə unudulmaz, parlaq və dərin iz qoya bilmişdir.

Şeir, həmçinin yüksək ideallar və ideoloji məqsədləri ifadə etməklə yanaşı, həm də zamanın dərin fəlsəfi məsələlərini əks etdirir. Klassik Azərbaycan ədəbiyyatında poetik tərzdə təkrarlanan məsələlərdən biri də məhəbbət, vətən sevgisi və insanın öz həyatını millətinin inkişafına həsr etməsidir. Bu ənənəni Xətai, Nizami, Füzuli və Qızılbaş şairləri də davam etdiriblər.

Şairin yazdığı sonetdə vətənə, öz doğma olan dərin sevgini, Dövlətə və rəhbərliyə qarşı bir ehtiramın olduğunu görürük. Şairin dilindəki yüksək ton, xüsusilə “Dəyərli bir rəhbər” və ya “Ədalət və zəfər” kimi mövzular, klassik Azərbaycan şeirinin döyüşə, qələbəyə və sosial ədalətə olan vurğularını xatırladır.

Nizami Gəncəvinin “İskəndərnamə” və “Xosrov və Şirin” əsərlərindəki qəhrəmanlıq və dövlətin inkişafı ilə bağlı motivlər, şairin şeirindəki rəhbərlik və xalqın rifahını təmin etmək üçün edilən çağırışlarla oxşardır. Xüsusilə, “İskəndərnamə” əsərində dövlətin rəhbəri olan İskəndərin müdrikliyinə, ədalətinə və xalqa xidmətinə böyük diqqət yetirilmişdir.

Sonet həm özəl, həm də ümumi bir obrazda, insanların təmənnasız olaraq dövlətin inkişafına, ölkənin gələcəyinə xidmət etməsi barədə dərin düşüncələrə təkan verir. Bu düşüncələr Səməd Vurğun, Mikayıl Müşfiq kimi XX əsr Azərbaycan şairlərində də izlərini tapır. Şairin çağırışı və mövzu olaraq dövlətin və xalqın xoşbəxtliyi, burada, həm də klassik Azərbaycan ədəbiyyatının müasir dövrə uyğun bir təkrarı kimi başa düşülə bilər.

Şeirin vurğuladığı yüksək əxlaqi və sosial məsuliyyət hissi, klassik ədəbiyyatın sosial fəlsəfəsi ilə mükəmməl şəkildə harmoniyaya daxil olur. Bu cür mövzular, Azərbaycan şairləri arasında dərin ədəbi və fəlsəfi bir irs yaratmışdır. Şairin şəxsi həyatını, vətənini və xalqını bir-biri ilə əlaqələndirərək təqdim etməsi, klassik şairlərimizin ənənələrini təzələyir və bu ənənənin müasir dövrə necə sirayət etdiyini göstərir.

Bu şeir, yalnız şəxsi hissləri deyil, həm də cəmiyyətin və ölkənin mədəni və sosial tərəqqini nəzərə alaraq, yazılmışdır. Klassik Azərbaycan ədəbiyyatında da bu cür sosial və milli məsuliyyət hissi güclü şəkildə öz əksini tapır. Şairin dərin fəlsəfi düşüncələrini, həm sənətini, həm də cəmiyyətə qarşı məsuliyyətini ifadə etmək üçün klassik üslubda formalaşdırması diqqətəlayiqdir. Bu həm ədəbi, həm də ideoloji baxımdan zəngin bir yanaşmadır:

  • Звезда Востока, мой возлюбленный кумир,
  • Моя царица, Президент и королева!
  • Дыханье музы, лейтмотив моих напевов –
  • Вы вдохновение моё, Вы мой эфир!
  • Вы гармоничность поэтической строфы,
  • Вы чистота, прозрачность голубого неба!
  • Вы оправдали звёздный знак прекрасной Девы,
  • Вы покорили красотой своею мир!
  • Для соотечественников – вы наша «джан»!
  • Вы наша гордость, и надежда, и удача.
  • Пусть станет наш Азербайджан ещё богаче,
  • При нашей милой и любимой Мехрибан!
  • А я стихи слагая и от счастья плача,
  • Любви желаю вам безбрежный океан!

Bu şeir, yüksək ehtiram və böyük bir sevgini ifadə edən, vətənə və onun rəhbərinə olan dərin bağlılığı əks etdirən gözəl bir əsərdir. Şairin təqdim etdiyi obrazlar və ideallar həm şəxsi, həm də ictimai səviyyədə yüksək dəyərləri tərənnüm edir. İndi bu şeirin əsas xüsusiyyətlərini və Azərbaycan ədəbiyyatındakı izlərini daha ətraflı şəkildə təhlil edək.

Bu şeirdə şairin ifadə etdiyi əsas mövzu, vətənə və dövlətə olan sevgi və sadiqliyi əks etdirir. “Звезда Востока” (Şərqin ulduzu) ifadəsi, Azərbaycanı və onun rəhbərini çox yüksək bir mövqeyə qaldırır, burada həm vətənə, həm də rəhbərə qarşı böyük bir ehtiram və dərin bağlılıq hiss olunur. “Моя царица, Президент и королева” kimi ifadələr, rəhbərə olan hörməti vurğulayır və onun həm siyasi, həm də mədəni əhəmiyyətini tərənnüm edir.

Şeirin poetik forması və ifadə etdiyi ideallar, Azərbaycan klassik poeziyasının ənənələrini əks etdirir. “Вы гармоничность поэтической строфы” (Siz poetik misranın harmoniyasınız) kimi ifadə, yüksək sənət gözəlliyini tərənnüm edir. Bu, klassik Azərbaycan şairlərindən, məsələn, Nizami Gəncəvinin “Xəmsə” əsərlərində gördüyümüz yüksək poetik dəyərləri və estetik düşüncələri xatırladır.

Eyni zamanda, “Вы чистота, прозрачность голубого неба” (Siz göy üzünün təmizliyi və şəffaflığısınız) ifadəsi təbiətə verilən əhəmiyyəti, eləcə də Mehriban xanımı birbaşa saf təbiətlə müqayisələndirir. Nizami Gəncəvinin və Füzulinin əsərlərində də təbiət və kainatla bağlı çoxsaylı obrazlar və bu əsərlərdə həm də insanın təbiətlə əlaqəsi, təbiətin müsbət təsiri vurğulanır. Şairin təbiətə verdiyi yüksək qiymət və bənzətmələr də bu ənənənin bir hissəsidir.

Şeir, həmçinin milli və sosial məsuliyyət mövzusunu da qabardır. “Вы наша гордость, и надежда, и удача” (Siz bizim qürurumuz, ümidimiz və uğurumuzsunuz) kimi ifadələr, xalqın rəhbərliyə olan bağlılığını və ümidlərini göstərir. Burada xalqın rifahı və inkişafı üçün rəhbərin rolunun önəmi vurğulanır. Şairin dediyi kimi, “при нашей милой и любимой Мехрибан” (bizim sevimli və əziz Mehribanımızla), xalqın ümidi və gələcəyi pozitiv bir şəkildə təqdim edilir.

Bu, klassik Azərbaycan poeziyasında tez-tez rast gəlinən bir yanaşmadır: rəhbərin, dövlətin və xalqın inkişafı üçün ən yüksək dəyərlərin təbliğ edilməsi. Füzulinin əsərlərində də cəmiyyətin rifahı və dövlətin inkişafı mövzusu geniş yer alır. Nizami Gəncəvinin “İskəndərnamə” əsərində də bu ideallar təbliğ olunur, burada dövlətin rəhbəri olan İskəndər, müdrikliyi və ədaləti ilə tərənnüm edilir.

Sonet yüksək poetik formaya və ritmə malikdir. “Дыханье музы, лейтмотив моих напевов” (Musiqinin nəfəsi, mənim nəğmələrimin leytmotivi) ifadəsi ilə şair, öz şeirinin musiqiliyini və ritmini vurğulayır. Azərbaycan şairləri, xüsusilə Füzuli, şeir və musiqinin harmoniya içində birləşməsini çox yaxşı təsvir edirdilər. Bu sonet də musiqili və harmonik bir üsluba malikdir.

Bakuvinin burada istifadə etdiyi poetik obrazlar və ifadələr, həm klassik Azərbaycan ədəbiyyatına olan hörməti, həm də müasir dövrdəki əhəmiyyətli sosial və siyasi məsələləri əks etdirir. Bu, vətənə və xalqa olan bağlılıqla yanaşı, həm də milli idealların və mədəniyyətin təbliğidir. Füzuli, Nizami Gəncəvi, Nəsimi və digər böyük Azərbaycan şairlərinin yaratdığı ənənələri davam etdirərək, şair öz əsərində həm keçmişin, həm də indiki zamanın müsbət dəyərlərini birləşdirir.

Ümumiyyətlə məhəbbət mövzusunun onun yaradıcılığında geniş yer alması, eləcə də onun yanaşma üslubu, Bakuvinin bir Şərq şairi olmasından, Şərq nəzm ənənələrinə kökləndiyindən deyir.

Təəccüblü deyil ki, biz burada, El Bakuvinin yaradıcılığını bir tərəfədən Dante, Petrarka, Bokaje kimi poetik sənətinin nəhəng ustaların yaradıcılığı ilə, digər tərəfdən isə, bizim azərbaycan ədəbiyyatının korifeyləri ilə müqayisə edirik. Bunu bizə onun yaradıcılığının xüsusiyyətləri diktə edir. Bəlkə də Eldar Hüseynovun poetik ustalığının, onun sonetlərinin bu cür cazibədar olmasının sirri ondadır ki, ondan irəli gəlir ki, burada eyni zamanda həm Şərq, həm Qərb poeziyasının motivləri səslənir və bir-birilə incə, gözə görünməyən əlaqələrlə bağlıdır.

El Bakuvi: Şərq gözəlliyin nəğməkarı

Nəcibə İLKİN,ZiM.Az

Aynur Camal

Oxşar xəbərlər

Xankəndi-Laçın yolunda sülhməramlıların 50 avtomobili maneəsiz keçdi

Aynur Camal

“TÜRKPA Müdafiə və Təhlükəsizlik Komissiyasının sədrləri toplantısı” keçirildi

Aynur Camal

İsveçin İzmir Konsulluğuna silahlı hücum oldu!

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu