Səudiyyə Ərəbistanı, Səhrada Davos, investisiya konfransı, Ər-Riyad, Gələcəyin İnvestisiya Təşəbbüsü, Yəmən husiləri, regionda təhlükəsizlik, beynəlxalq investisiyalar
Dünya

Səudiyyə Ərəbistanı böyük investisiya konfransını 2027-ci ilə keçirdi

Bugun.tv xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilməsi planlaşdırılan Gələcəyin İnvestisiya Təşəbbüsü (FII) konfransı gələn ilə təxirə salınıb. “Səhrada Davos” adı ilə tanınan tədbirin təxirə salınması Yəməndəki husilərin hücumları və regionda gərgin təhlükəsizlik vəziyyəti fonunda baş verib.

“Al Jazeera” telekanalının AFP və Reuters agentliklərinə istinadən yaydığı məlumata görə, oktyabrın 26-dan 29-dək keçirilməsi nəzərdə tutulan konfransın yeni tarixi gələn il üçün müəyyənləşdiriləcək. Təşkilatçılar tarixin yaxın zamanda elan olunacağını bildiriblər.

FII İnstitutunun rəhbəri Maha Bint Mişari Al Səud qərarın tərəfdaşlar, iştirakçılar və məruzəçilər qarşısında öhdəliklərlə bağlı olduğunu qeyd edib. Bu il keçirilməsi planlaşdırılan tədbir investisiyaların cəlb edilməsi və ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması istiqamətində Səudiyyə Ərəbistanının əsas beynəlxalq platformalarından biri hesab olunur.

“Al Jazeera”nın məlumatına əsasən, husilərin Səudiyyə Ərəbistanında hərbi, enerji və mülki infrastruktura hücumları nəticəsində azı 18 nəfər həlak olub, yüzlərlə insan yaralanıb. Təhlükəsizlik vəziyyəti ilə əlaqədar Ər-Riyadda bəzi dövlət qurumlarının və şirkətlərin əməkdaşlarına məsafədən işləmək tapşırılıb.

Konfransın təxirə salınmasının regionda davam edən təhlükəsizlik riskləri fonunda baş verdiyi bildirilsə də, təşkilatçıların açıqlamasında qərarın konkret səbəbi ayrıca göstərilməyib.

Mənbə: Al Jazeera

Aynur Camal

Oxşar xəbərlər

Dünya vaxtı sistemində dəyişiklik: artıq saniyə tətbiqi ləğv edilir

Aynur Camal

Güclü yağışlar və daşqınlar nəticəsində 4 nəfər öldü

Aynur Camal

Qlobal iqlim hesabatının dərc tarixi ilə bağlı ölkələr razılığa gələ bilmədi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu