25 C
Baku
29 Sentyabr 2026, 18:57
Səudiyyə Ərəbistanı, Yanbu limanı, neft ixracı, xam neft, Şərq-Qərb kəməri, dünya neft bazarı, neft qiymətləri, enerji xəbərləri
Dünya

Səudiyyə Ərəbistanı Yanbu limanında neft yükləməsini bərpa etdi

Bugun.tv xəbər verir ki, Səudiyyə Ərəbistanı Qırmızı dənizin sahilində yerləşən Yanbu limanında xam neft yükləmələrini bərpa edib. Bu addım ölkənin neft ixracının yenidən artırılması və Yaxın Şərqdə təchizatın sabitləşdirilməsi baxımından əhəmiyyətli hesab olunur.

Reuters yazır ki, Səudiyyə Ərəbistanının Şərq-Qərb neft kəmərinin fəaliyyətini yenidən bərpa etməsindən sonra Yanbu limanından neft yüklənməsinə başlanılıb. Kəmərin fəaliyyəti sentyabrın 11-də pilotsuz uçuş aparatlarının hücumu nəticəsində dayandırılmışdı. Səudiyyə Ərəbistanı hücumların İraqdakı silahlı qruplar tərəfindən həyata keçirildiyini bildirmişdi.

Məlumata görə, Səudiyyə Ərəbistanının “Aramco” şirkəti müştərilərə oktyabr ayı üzrə Yanbu limanından neft yükləmə qrafikini də göndərib. Hazırda limandan gündə təxminən 2 milyon barrel xam neft yüklənir.

Şirkət və gəmi izləmə məlumatlarına əsasən, Şərq-Qərb kəməri ilə neft nəqli hazırda gündə təxminən 2,65 milyon barrel təşkil edir. Bu göstəricinin yaxın vaxtlarda 3-4 milyon barrelə yüksələ biləcəyi bildirilir. Lakin kəmərin hücumdan əvvəlki səviyyəyə, yəni gündə təxminən 5,5 milyon barrelə çatmasının daha bir ay çəkə biləcəyi qeyd olunur.

Peyk görüntülərinə əsasən, sentyabrın 27-də Yanbu və Əl-Müəcciz limanlarında ümumilikdə təxminən 10 milyon barrel xam neftin yükləndiyi müşahidə edilib.

Reuters bildirir ki, Yanbu limanında əməliyyatların bərpası Yaxın Şərqdən neft ixracının artmasına kömək edir. Buna baxmayaraq, bölgədəki təhlükəsizlik vəziyyəti və enerji infrastrukturuna mümkün yeni hücumlar qlobal neft bazarında qeyri-müəyyənliyin qalmasına səbəb olur.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Yer kürəsində sutka niyə həmişə tam 24 saat olmur?

Aynur Camal

Saturnun peyki Enseladda gözlənilməz kimyəvi proses aşkarlandı

Aynur Camal

Ağ Ev ilə jurnalistlər arasında gərginlik artır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu