Bugun.tv xəbər verir ki, TMB kanalında yayımlanan “Səbuhinin zamanı” verilişində bu dəfə Azərbaycan-Türkiyə dövlətləri arasında təhsil əməkdaşlığından danışılıb.
Təhsil eksperti Kamran Əsədov keçmişə dayanan ikitərfli təhsilin dünəninə və bugününə nəzər yetirib. Bu istiqamətdə həyata keçirdiyi uğurlu layihələrdən söz açıb.
Çıxış edən digər qonaq, BZT – Turan Akademiyası Orta Asiya və Qafqaz üzrə direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Feriha Şükürova isə türkdilli dövlətlərin ali məktəbləri ilə apardığı uğurlu tərəfdaşlığa diqqət çəkib. Türkiyə ilə yanaşı Özbəkistan təhsil ocaqlarına tez-tez dəvət aldığını bildirib. Burada tələbələrlə keçirdiyi görüşlərdən danışıb.
Verilişdə İstanbul Eğitim Mərkəzinin müəllimi, türkiyəli Mehmet Ali Erdoğanda iştirak edib.
O, 18 ildir ki, Azərbaycanda yaşadığını, burada çalışdığını deyib. Azərbaycanlı abituriyentlərin Türkiyədə təhsil alması üçün kifayət qədər şərait yarandığını, eynilə Azərbaycanda da türk məzunlar üçün bu imkanın olduğunu vurğulayıb.
Daha sonra musiqiçi Respublika və Beynəlxalq mükafatlar laureatı Hidayət Əliyevin ifasında mahnılar dinlənilib.
1 saat davam edən verilişdə Azərbaycanla-Türkiyə təhsil əməkdaşlığının inkişafı məsələləri də müzakirə olunub.