Image default
Dünya

Səhər Faktı- Niyə səhərlər bu qədər yuxulu oluruq?

Beyniniz yuxudan oyaqlığa keçərkən oyandıqdan sonra hiss etdiyiniz yuxululuq “yuxu ətaləti” adlanır. Təxminən yarım saat sonra kortizol səviyyəsi pik həddə çatır və nəhayət oyanırsınız.

Mütəxəssislər bildirir ki, beynin müxtəlif bölgələri oyandıqda fərqli sürətlə aktivləşir. Xüsusilə qərarvermə və planlama funksiyalarına cavabdeh hissələr daha gec “oyandığı” üçün səhərlər beyin dumanı və halsızlıq yaranır.

Yuxu ətalətinin gücü həmçinin hansı yuxu mərhələsində oyandığınızdan asılıdır. Dərin NREM yuxusundan qəfil oyanma, habelə yuxu borcu və nizamsız yatmaq bu prosesi daha da ağırlaşdırır.

Mütəxəssislər səhər yuxululuğunu azaltmaq üçün müntəzəm yuxu rejimi, təbii işıqda oyanmaq, su içmək və yüngül hərəkətlərlə günə başlamağı tövsiyə edirlər.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

The Guardian: Zelenskinin müdafiə nazirini vəzifədən uzaqlaşdırması Ukraynada və Qərbdə narahatlıq yaratdı

Aynur Camal

Endokrinoloq həftədə ən azı iki dəfə bu giləmeyvəni yeməyi tövsiyə etdi

Aynur Camal

Şəkərsiz içkilər: Yay istisində qazlı içkilərin əvəzinə nə içmək olar?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu