19 C
Baku
8 Sentyabr 2024, 4:15
Baş xəbərSosial

“Şəhidin adından istifadə edib, torpağımı əlimdən alırlar”- İDDİA

Bugun.tv-nin qaynar xəttinə Masallı rayonundan müraciət daxil olub. Ərkivan qəsəbə sakinləri Razi və Əliəşrəf Səfərov qardaşları, Bəyverdi və Şücayyəddin Novruzovlardan şikayətçidirlər. R.Səfərov deyir ki, Novruzovlar ona məxsus torpağı qanunsuz şəkildə almaq istəyirlər.

Sənədlərdə göstərilir ki, Səfərov qardaşları sözügedən ərazini 2005-ci ildə, tam qanuni şəkildə bələdiyyədən alıblar. Ancaq məhkəmə proseslərində bu nəzərə alınmayıb. Onun sözlərinə görə, Şücayyətdin Novruzov qardaşı, şəhid Anar Novruzovun və onun yoldaşı Nazilə Novruzovanın adından istifadə edir. Halbuki, N.Novruzovanın bu məsələdən xəbəri yoxdu.

Şikayətçinin iddiasına görə, B.Novruzovun oğlu Zaur Novruzov balta ilə onun dəmir hasarına hücüm edərək, maddi zərər də yetirib. Masallı polisləri isə bunu görməzdən gəlib. “Mənim demək istədiyim odur ki, B.Novruzovun əlindəki sənəd saxtadır. Onlar mənim torpağıma saxta sənəd düzəltdiriblər. Rəsmi qurumlar da bu sənədi qəbul edirlər. Bu düzgün deyil, ədalətsizlikdir”,- Razi Səfərov bildirib.

Bugun.tv olaraq məsələni araşdırmaq üçün çəkiliş qrupu Masallı rayonuna yola düşüb. Ərkivan qəsəbə Bələdiyyəsində olublar.

Sədr Əmrah Mazanovun sözlərinə görə, hər iki ailə – Səfərovlarla Novruzovlar onların qurumundan torpaq alıblar. “Hər iki vətəndaşa Ərkivan Bələdiyyəsi tərəfindən sənəd verilib. Düzdü, müxtəlif illərdə – 1995 və 2005-ci illərdə olub. Amma bizim qurum verib. Ancaq mən o dönəmlərdə bu bələdiyyəyə rəhbərlik etməmişəm. Ona görə də bu barədə heç nə deyə bilmərəm”,- bələdiyyə sədri Ə.Mazanov vurğulayıb.

Qeyd edək ki, məhkəmənin qərarına əsasən, icraçılar ərazidə olub. Onlar Səfərov qardaşlarının hasara aldıqları torpaq ərazisini sökmək istəyiblər. Razi Səfərov qərarda sökülməli olan qərb və şərq hissələrinin düzgün göstərilmədiyini əsaslandıraraq, əraziyə ekspertizanın təyin edilməsini istəyib. Buna görə də, icra prosesi dayandırılıb.

Torpaq sahəsi mütəxəssislər tərəfindən konkret göstərildikdən sonra tələb təmin olunacaq. Mövzuya yenidən qayıdacağıq.

Müxbir:Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

BMTİP nümayəndələri layihə təşəbbüsündən faydalanan qadınların iş yerlərinə baş çəkib

Bugün TV

Heydər Əliyev prospektində qəza olub, sıxlıq yaranıb

Aynur Camal

Sabunçu keçidi səhərlər niyə bağlanır?   

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu