Baş xəbərKriminal

Avtomobili qaçırıb sonra yandırdı  

Bugun.tv xəbər verir ki, Göygöldə qaçırdığı avtomobili yandıran şəxs saxlanılıb.  Əməliyyat-axtarış tədbirləri nəticəsində maşın rayonun Çaylı kəndində tapılıb.

İstintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs həbs edilib. O, əvvəllər məhkum olunmuş Kəlbəcər rayon sakini Qüdrət Salahovdu. Dindirilmə zamanı o cinayət əməlini sərxoş halda törətdiyini və peşiman olduğunu bildirib.

Xatırladaq ki, hadisə aprel ayının 4-də qeydə alınıb. Göygöl Rayon Polis Şöbəsinə “UAZ” markalı yük avtomobilinin qaçırılması barədə məlumat daxil olub. Polis əməkdaşlarının səyi nəticəsində cinayətin üstü açılıb.

Mənbə: DİN

 

Kəmalə Sultan

Oxşar xəbərlər

Deputat Ceyhun Məmmədov: Tarixi şəxsiyyətə şəxsi maraqların kölgəsindən baxmaq olmaz

Aynur Camal

Türkiyə Yaxın Şərqdə əsas güclərdən birinə çevrilir

Aynur Camal

Ekspert: Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə keçdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu