19 C
Baku
22 Noyabr 2024, 15:28
Baş xəbərSəhiyyə

Şəkərli diabetlə yaranan risklər mövzusunda seminar keçirilib 

Bugun.tv xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və “Sağlamlığın Qorunması” İctimai Birliyinin birgə təşəbbüsü ilə Akad. C.Abdullayev adına ET kardiologiya institutunda “Şəkərli diabetlə yaranan rsiklər” mövzusunda seminar keçirilib. Seminarı giriş sözü ilə C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, prof. Gülnaz Dadaşova açıq elan edib.


“Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, t.ü.f.d. Yazgül Abdıyeva ictimai birliyin fəaliyyətindən və son illər dünyada, eləcə də ölkəmizdə diabetlə bağlı patologiyaların vaxtında aşkarlanıb müalicə edilməli olduğunu və digər xəstəliklərlə bağlı maariflənmənin vacibliyini qeyd edib.

Tədbirdə çıxış edən “Azərbaycan Endoskopik Laparoskopik Cərrahi Assosiasiyası” İctimai Birliyinin sədri, t.e.d. Müşviq Həsənov, Bariatik və Metobolik Cərrahlar İB-nin sədri, T.ü.f.d. Taryel Ömərov,, Akad. C.Abdullayev adına ET kardiologiya institutundan edokrinoloq Yaqubova Fəridə və kardioloq Bağırov Mahir mövzu ilə bağlı ətraflı çıxış etdilər. Çıxışlar zamanı həmçinin xəstələrin həyat keyfiyyətinin yüksəldilməsi, xəstəliklərin erkən diaqnozlarının aşkarlanmasında həkimlərin rolundan danışılıb, onların xəstənin şikayətlərinə düzgün yanaşmaları, xəstəliyə diaqnoz qoymaları üçün lazım olan bütün üsullardan istifadə etməli olduqları vurğulanıb.

Seminar çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yardımı ilə hazırlanmış “Şəkərli diabetdən qorxma, ona yanlış yanaşmadan qorx” adlı video çarx nümayiş etdirilib. Təklif və suallar səsləndirilib.

Sonda isə Respublikanın əməkdar artisti Nuriyyə Hüseynova tədbirlə bağlı təşkilatçılara və layihə rəhbəri Yazgül Abdıyevaya öz təşəkkürünü bildirb.
Daha sonra əməkdar artist tərəfindən həkimlərimizə həsr olunan nəğmə və Azərbaycanda, Türkiyədə çox sevilən, dinləyicilərə vətənpərvərlik ruhu aşılayan “Çırpınırdı Qara dəniz” mahnısı ifa edilib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar paylaşım edib – FOTO

Nigar Məmmədova

Dünyadakı metan emissiyalarının təxminən üçdə ikisi insan fəaliyyəti nəticəsində yaranır

Aynur Camal

Tacqoyma mərasimində 203 ölkədən 2000-dən çox qonaq iştirak edəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu