12 C
Baku
6 Aprel 2026, 19:18
Digər

Şərqi Aralıq dənizində İngiltərə hərbi gəmisinin vurulması iddiası təkzib edildi

Şərqi Aralıq dənizində Böyük Britaniyaya məxsus hərbi gəminin vurulması ilə bağlı yayılan xəbərlər rəsmi mənbələr tərəfindən təkzib olunub.

Böyük Britaniya Müdafiə Nazirliyi mənbələri bildiriblər ki, Hizbullah tərəfindən Şərqi Aralıq dənizi akvatoriyasında İngiltərəyə məxsus hərbi gəminin vurulması barədə məlumatlar həqiqəti əks etdirmir.

Qeyd olunub ki, Kral Donanması tərkibinə daxil olan HMS Dragon adlı hava hücumundan müdafiə esminesinin hücuma məruz qalması və zərər görməsi ilə bağlı iddialar əsassızdır.

İngilis mətbuatına danışan rəsmi mənbələr vurğulayıblar ki, sözügedən gəmi hazırda Cənubi Kipr Rum Administrasiyası ətrafındakı sularda patrul xidməti həyata keçirir və bölgədəki vəziyyətlə bağlı əməliyyat fəaliyyətlərini davam etdirir.

CƏNUBİ KİPRDƏKİ HAVA ÜSLƏRİNİ QORUYUR

Məlumata görə, İngiltərənin bölgədə yerləşən hərbi qüvvələri, o cümlədən sözügedən gəmi, İran tərəfindən istifadə edilən pilotsuz uçuş aparatları və digər silahlara qarşı müdafiə məqsədilə fəaliyyət göstərir.

Bildirilib ki, Kral Hərbi Hava Qüvvələri də bölgədə yerləşən hava bazalarını qorumaq üçün əməliyyatlarını davam etdirir və İran istehsalı pilotsuz aparatların zərərsizləşdirilməsində iştirak edir.

Eyni zamanda, Böyük Britaniyaya məxsus döyüş təyyarələrinin Şərqi Aralıq dənizi, İordaniya, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri üzərində müdafiə missiyalarını davam etdirdiyi qeyd olunub.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Tehranda həkimlər ABŞ və İsraili xəstəxanalara hücumlara görə etiraz etdi

Aynur Camal

Vüqar Bayramov: Azərbaycan–Gürcüstan əlaqələri iqtisadi və strateji baxımdan güclənir

Aynur Camal

Məhəmməd Əsədullazadə: ABŞ–İran atəşkəs danışıqları həssas mərhələdədir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu