Digər

Cənubi Koreya lideri Şimali Koreyadan üzr istədi

Cənubi Koreya Prezidenti Li Çje Myon Şimali Koreya ərazisinə pilotsuz uçuş aparatlarının daxil olması ilə bağlı yaranan gərginliyə görə üzr istəyib.

Onun sözlərinə görə, hadisə hökumət tərəfindən həyata keçirilməsə də, yaranmış hərbi gərginlik qəbuledilməzdir: “Bu düşüncəsiz davranış nəticəsində yaranan lazımsız hərbi gərginliyə görə Şimaldan üzr istəyirəm”.

Qeyd edək ki, Şimali Koreya (KXDR) daha əvvəl bəyan etmişdi ki, Cənubi Koreyaya məxsus pilotsuz aparatların ölkənin hava məkanını pozması halları qeydə alınıb.

Pxenyan tərəfindən verilən məlumata görə, bu cür hadisələr sentyabrın 27-də və yanvarın 4-də baş verib. Lakin Cənubi Koreya Silahlı Qüvvələri bu iddiaları təkzib edib və hadisənin mümkün özəl şəxslər tərəfindən törədildiyini ehtimal edərək araşdırma başladıldığını açıqlayıb.

Məlumatlarda qeyd olunur ki, bundan əvvəl Kim Çen In ölkəsinin Ali Xalq Məclisinin iclasında çıxış edərək Cənubi Koreyanı rəsmi olaraq düşmən dövlət kimi xarakterizə etmişdi.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu