ABŞ-ın Vaşinqton ştatını təsir edən bomba siklonu nəticəsində ən azı 2 nəfər ölüb, 2 nəfər yaralanıb.
Saatda 110 kilometrə çatan güclü külək əyalətdə ağacların və elektrik xətlərinin uçmasına səbəb olarkən, 368 min 443 ev və iş yeri işıqsız qalıb.
ABŞ-ın şimal-qərbinə təsir edən bomba siklonu səbəbindən Vaşinqton ştatında vətəndaşlar çətin anlar yaşayır. Vaşinqtonda bomba siklonunun yaratdığı güclü külək nəticəsində bir qadının evinin üzərinə ağac aşıb. Səlahiyyətlilər siklonda ən azı 2 nəfərin öldüyünü açıqlayıb.
Sietldən cənub-şərqdə, Maple Valleydə ağacın onların karvanına aşması nəticəsində isə iki nəfər xəsarət alıb.
Saatda 110 kilometrə çatan güclü külək əyalətdə ağacların və elektrik xətlərinin uçmasına səbəb olarkən, 368 min 443 ev və iş yeri işıqsız qalıb. Kanadanın Sakit okean sahilində yerləşən Britaniya Kolumbiyası əyalətində siklon səbəbindən 225 min ev və iş yerinə elektrik verilməyib. Qərbi Vaşinqtonda məktəblər təhsili dayandırıb. Bellevue Yanğından Mühafizə İdarəsi, “Şəhərin bir çox yerində ağaclar yıxılaraq evlərin üzərinə düşür. “Mümkünsə, aşağı mərtəbəyə gedin, pəncərələrdən uzaq durun və çölə çıxmayın” deyə xəbərdarlıqlar edilib.
Mənbə: Hurriyet.Tr