17 C
Baku
10 İyun 2025, 5:24
Baş xəbərHadisəKriminal

Saatlıda oğurluq edən şəxs saxlanıldı

Bugun.tv xəbər verir ki, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. Əməliyyat nəticəsində rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birinə qanunsuz daxil olaraq oradan soyğunçuluq yolu ilə 1500 manat dəyərində qızıl-zinət əşyaları, 2150 manat pul və bank kartları ələ keçirməkdə şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb. Araşdırma zamanı onun əvvəllər də məhkum olması və törətdiyi oğurluq əməlinə görə axtarışda olan Vüsal Vəliyev olduğu müəyyən edilib.

Dindirilmə zamanı V.Vəliyev törətdiyi oğurluq faktını etiraf edib.

Şöbə əməkdaşları tərəfindən sonuncunun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun törətdiyi daha bir analoji cinayət əməlinin üstü də açılıb. Belə ki, V.Vəliyevin sentyabr ayının əvvəlində Saatlı rayonu ərazisində yerləşən mağazaların birinə qanunsuz daxil olaraq oradan ümumi dəyəri 4800 manatdan artıq olan qızıl-zinət əşyaları, bəzək və telefon aksesuarları, eləcə də 110 manat pul oğurlayaraq zərərçəkmişə maddi ziyan vurduğu da məlum olub.

Faktla bağlı Saatlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Türkiyə dəmiryolu xətlərini Zəngəzur dəhlizinə qədər genişləndirir

Kəmalə Sultan

Tramvay yoluna daxil olan avtomobillərin hərəkəti dayandırıldı

İntizar Əmirova

Prezident Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə getdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu