Digər

Rusiya donanmasının Sevastopoldakı qərargahına raket hücumu oldu

Bugun.tv xəbər verir ki, Rusiyanın ilhaq etdiyi Krım yarımadasında Qara dəniz donanmasının Sevastopoldakı qərargahına raket hücumu həyata keçirildiyi açıqlanıb.

Qondarma Sevastopol qubernatoru Mixail Razvojayev sosial şəbəkə hesabında açıqlamasında deyib: “Düşmən hərbi-dəniz qərargahına raket zərbəsi endirib. “Lunaçarski teatrının yanında bir parça düşdü, – deyə, bildirilib.

Hadisə yerinə bütün fövqəladə hallar xidmətlərinin göndərildiyi barədə məlumatı bölüşən R.Razvocayev bildirib ki, xəsarət alanlarla bağlı iş davam etdirilir.

İctimaiyyəti sakitliyə çağıran Razvocayev hadisə yeri ilə bağlı foto və videoların sosial şəbəkələrdə paylaşılmamasını xahiş edib.

Razvocayev ikinci açıqlamasında yeni raket hücumunun ola biləcəyini açıqlayıb və vətəndaşları şəhərin mərkəzinə gəlməməyə və binaları tərk etməməyə çağırıb.

Kəmalə Sultan

Oxşar xəbərlər

Spotify süni intellekt məzmununu ayırmaq üçün “təsdiq işarəsi” tətbiq edir

Aynur Camal

Banksy Londonda gecə yarısı gizli əməliyyatla heykəl ucaltdı

Aynur Camal

SpaceX Falcon 9 raketinin üst mərhələsi Ay səthinə çırpılacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu