23 C
Baku
9 İyun 2025, 23:58
Digər

Sabah 37 dərəcə isti olacaq

Hava haqqında

Bakıda və Abşeron yarımadasında hava şəraiti iyulun 27-də əsasən yağmursuz keçəcək. 

Milli Hidrometeorologiya Xidmətindən bugun.tvyə  verilən məlumata görə, gündüz havanın arabir tutulacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, Bakıda gecə 21-23° isti, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət 55-60 % olacaq. Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti olacaq. Lakin gündüz saatlarında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 9-14° isti, gündüz 17-22° isti olacaq.

BuGün TV

Oxşar xəbərlər

Bu şirkət Aya getmək üçün 93 milyard dollar xərcləyəcək

Teymur Əziz

Laçından çıxan ermənilərə “mənəvi təzminat” olaraq evləri yandırmağa icazə verildi…

Aynur Camal

Sərhəd Xidməti 2022-ci il üçün hesabat verib

Sevinc Sadıqova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu