6 C
Baku
30 Yanvar 2023, 5:24
Digər

Hava proqnozu

İyul ayında havanın orta aylıq temperaturunun iqlim normasından yüksək olacağı gözlənilir.

Aylıq yağıntının miqdarı normaya yaxın, bəzi ərazilərdə bir qədər az olacağı ehtimal olunur. Birinci ongünlüyün birinci yarısında əksər rayonlarda yağmursuz hava şəraiti müşahidə olunsada şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 26-29 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 21-26 dərəcə, gündüzlər 31-36 dərəcə isti, bəzi günlərdə 38-41 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 2-3 mm).

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Yarımadada havanın temperaturu gecə 20-23°, gündüz 30-33° isti, Bakıda gecə 21-23°, gündüz 30-32° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-55 % olacaq.

Əksər rayonlarımızda əsasən hava şəraiti yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Bölgələrdə havanın temperaturu isə gecə 20-24°, gündüz 32-37° isti, dağlarda gecə 8-13°, gündüz 17-22° isti olacaq.

 

Oxşar xəbərlər

Finlandiyanın NATO-ya qəbulu kabus olacaq

Sabina Uğur

“Zəfər Yolu” İctimai Birliyinin üzvləri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Nigar Məmmədova

Əminə Ağazadə qəbul keçirdi

Nigar Məmmədova

Şərh yazın