9 C
Baku
21 Dekabr 2025, 17:34
Digər

Sabah Ramazan ayının ilk günüdür

Iftar imsak

Müsəlman dünyasında sabah İslamın müqəddəs bayramları içərisində özünəməxsus yer tutan orucluq ayı başlayır. Hicri təqviminin 2-ci ilindən başlayan bu ay “on bir ayın sultanı” hesab olunur. Onu müqəddəs edən səbəblərdən biri də odur ki, Quranın nazil olduğu Qədr gecəsi məhz bu ayın gecələrinin birinə təsadüf edir.
Oruc tutmaq, müsəlmanlığı şərtləndirən 5 əsas amildən biridir. Ramazan ayı – nəfsinə hakim olması, günahlarının bağışlanması, paklanması üçün Tanrının insana verdiyi bir fürsətdir.
Bu müddət ərzində insan onu yaradanla mənəvi bağları möhkəmlənir.

Azərbaycanda orucluq bu il martın 23-ü başlayır və Nazirlər Kabinetinin Qərarına əsasən, 21, 22 aprel Ramazan bayramı günləri kimi qeyd olunacaq.
Allah tutduğunuz orucları qəbul etsin!

Bugün TV

Oxşar xəbərlər

Rus Dram Teatrında “Mənim müharibəm!” adlı tamaşa oynanılacaq.

Şükufə Ramizqızı

İşgəncə verdiyi itin öldüyünü düşünüb onu zibil qutusuna atdı

Bugün TV

Finlandiyanın NATO-ya qəbulu kabus olacaq

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu