20 C
Baku
Oktyabr 1, 2022
Baş xəbərMədəniyyət

Sabah Xurşidbanu Natəvanın 190 illik yubileyi Şuşada qeyd ediləcək

Sabah Şuşada Azərbaycan bədii fikrinin görkəmli siması, şair Xurşidbanu Natəvanın anadan olmasının 190 illik yubileyi münasibəti ilə tədbir keçiriləcək.

Bugün.tv “Report”a istinadən xəbər verir ki, tədbir Prezident İlham Əliyevin martın 14-də Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı çərçivəsində həyata keçiriləcək.

Tədbirlə əlaqədar bir çox mədəniyyət nümayəndələri, yazıçı, şairlər və incəsənət xadimləri Şuşada səfərdədir.

Qeyd edək ki, Xurşidbanu Natəvan xanım Cavanşir-Usmiyeva 1832 avqustun 6-da, Şuşada anadan olub. Sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi olub. 1897 oktyabrın 2-də dünyasını dəyişib, Ağdamın “İmarət” qəbiristanlığında dəfn olunub.

Oxşar xəbərlər

Dünya liderləri və nüfuzlu şəxsləri 96 yaşında vəfat edən Kraliça II Yelizavetanın xatirəsini ehtiramla yad ediblər

Aynur Camal

Taksi sürücüsü qadını döydü

Könül Kərimova

İyunun 13-nə gözlənilən hava şəraiti açıqlanıb

Aynur Camal