8 C
Baku
28 Yanvar 2026, 13:56
Baş xəbərMüsahibə

Sabiq səfir: “Türkiyə sülh müqaviləsi imzalanmasının tərəfindədir”

Bugün.tv-nin məlumatına əsasən Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç müsahibəsində Azərbaycanın diplomatik arenada fəaliyyəti haqqında danışıb.

O bildirib ki, Azərbaycan İkinci Qarabağ müharibəsində qazandığı zəfəri, diplomatik arenada uğurla davam etdirir.

Bu gün İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin (İB) Türkiyə rəhbəri, Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri kimi fəaliyyət göstərən Hulusi Kılıç Praqada keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısının buna bir daha sübut olduğunu söyləyib.

“Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünün sonunda bəyanat qəbul edilib. Bəynatda Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdığı qeyd edilib. Bu, o mənanı ifadə edir ki,  Ermənistan Qarabağ üzərindəki iddialarından əl çəkib. Azərbaycan Prezidenti İlham Əliyev Praqa görüşündən uğurla çıxıb. Azərbaycan İkinci Qarabağ müharibəsində qazandığı zəfəri diplomatik arenada uğurla davam etdirir. Türkiyə olaraq da biz Azərbaycana olan dəstəyimizi davam etdirəcəyik. Ümid edirik ki, qısa zamanda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanar və bölgədə rifah, iqtisadi inkişaf daha da genişlənər”, – deyə H. Kılıç bildirib.

Aynur Camal

Oxşar xəbərlər

2025-ci ildə Türkiyədə arxeoloji kəşflər diqqət çəkib

Aynur Camal

Prezident “Bakı Karton və Qutu Fabriki” MMC müəssisəsinin açılışında iştirak etdi

Aynur Camal

Ermənistan Azərbaycanın COP17-də iştirakı üçün tezliklə rəsmi dəvət göndərəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu