12 C
Baku
18 Aprel 2024, 8:24
Baş xəbər

Daha bir cinayətin üstü “isti izlər”lə açılıb

BuGün.Tv Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi “facebook” səifəsinə istinadən xəbər verir ki, prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Suraxanı rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.
Belə ki, oktyabrın 09-u saat 20 radələrində Sabunçu rayonu, Hövsan qəsəbəsi ərazisində 1994-cü il təvəllüdlü Çərkəz Ələskərovun üzərində çoxsaylı xəsarət izləri olan meyiti aşkar edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə həyata keçirilmiş intensiv istintaq və əməliyyat axtarış tədbirləri ilə qeyd edilən cinayət əməlinin 2006-cı il təvəllüdlü Aleksandr Serebrennikov və Elman Mənsumov tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Aleksandr Serebrennikov və Elman Mənsumov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam edir.

Sevinc Sadıqova

Oxşar xəbərlər

Roma dövrünə aid məzar daşı tapıldı

Aynur Əfəndi Zadə

Bu şəhərdə meşəlik ərazilərə giriş qadağan edildi

Bugün TV

Sosioloqlar dörd günlük iş həftəsinin effektivliyini sübut ediblər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu