5 C
Baku
13 Fevral 2026, 1:11
Səhiyyə

Saç uzatma prosedurları nə qədər təhlükəlidir?

saç uzatma, saç artırma proseduru, saç priyadaları, saç əlavələri, kimyəvi maddələr, saç uzatma təhlükəsi, hormonal pozuntu, xərçəng riski, süd vəzi xərçəngi, ftalatlar, pestisidlər, stiren, orqanotinlər, Silent Spring İnstitutu, Environment & Health jurnalı, sintetik saç, insan saçından priyadalar, termik düzləndirmə, saç kosmetikası təhlükəsi

Alimlər saç uzatma üçün istifadə olunan əlavə saç priyadalarında yüzlərlə potensial təhlükəli kimyəvi maddə aşkar ediblər. Bu maddələrin bir hissəsi xərçəng riskinin artması və hormonal pozuntularla əlaqələndirilir.

Bugun.tv xəbər verir ki, ABŞ-ın Silent Spring İnstitutunun tədqiqatçıları 43 məşhur saç uzatma məhsulunu analiz ediblər. Araşdırmaya həm sintetik liflərdən hazırlanmış, həm də təbii materiallardan – o cümlədən insan saçından ibarət məhsullar daxil edilib.

Yüksək dəqiqlikli kimyəvi analiz nəticəsində tədqiqatçılar 900-dən çox kimyəvi iz müəyyən edib və 169 müxtəlif maddə aşkar ediblər. Nümunələrin demək olar hamısında (yalnız iki nümunə istisna olmaqla) elmi mənbələrdə xərçəng, hormonal pozuntular, inkişaf problemləri və immun sisteminə təsirlə əlaqələndirilən birləşmələr tapılıb.

Aşkar olunan maddələr arasında alov gecikdiricilər, ftalatlar, pestisidlər, stiren və orqanotinlər yer alıb. Xüsusilə orqanotinlərin tapılması alimləri təəccübləndirib. Bu maddələr plastik stabilizatoru kimi istifadə olunur, dəri qıcıqlanması yarada bilər və hormonal tarazlığı poza bilər.

Araşdırmada 36 nümunədə süd vəzi xərçəngi riskinin artması ilə əlaqələndirilən maddələr də müəyyən edilib.

Alimlər qeyd edirlər ki, saç priyadaları adətən həftələrlə istifadə olunur və uzun müddət baş dərisi və boyun nahiyəsi ilə təmasda qalır. Bundan əlavə, termik düzləndirmə zamanı bu məhsullar havaya kimyəvi maddələr buraxa bilər.

Tədqiqat müəllifləri istehsalçıların məhsul tərkibini tam açıqlamaq məcburiyyətində olmadığını vurğulayaraq, daha sərt nəzarət və şəffaflıq tələb olunduğunu bildiriblər.

Araşdırma Environment & Health jurnalında dərc olunub.

Mənbə: health.mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Şəkər, duz və yağı azaltmaq üçün gündəlik qidalanma üsulları

Aynur Camal

Akne zamanı mütləq mədə müalicə olunmalıdır?

Aynur Camal

Arıqlamaq üçün effektiv psixoloji üsul

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu