Dünya

Saçları həftədə bir dəfə yumaq onların daha gec yağlanmasına kömək edirmi?

Saçların daha gec yağlanması üçün onları az-az yumağın faydalı olduğu fikri geniş yayılsa da, mütəxəssislər bunun doğru olmadığını bildirirlər. Trixoloqların sözlərinə görə, saçların yuyulma tezliyi baş dərisinin xüsusiyyətlərinə uyğun müəyyən edilməlidir.

Bugun.tv xəbər verir ki, bu barədə Health Mail.ru məlumat yayıb.

Trixoloq Yekaterina Vaxninanın sözlərinə görə, saçlar çirkləndikcə yuyulmalıdır. Çirklənmə sürəti isə əsasən baş dərisinin tipindən asılıdır. Yağlı baş dərisi daha tez çirkləndiyi üçün saçların hər gün və ya iki gündən bir yuyulması tövsiyə edilir. Normal baş dərisi üçün 2–3 gündən bir, quru baş dərisi üçün isə 5–7 gündən bir yumaq kifayət hesab olunur.

Mütəxəssis qeyd edib ki, saç düzümü üçün istifadə olunan kosmetik vasitələr də saçların daha tez çirklənməsinə səbəb ola bilər.

Onun sözlərinə görə, saçları tez-tez yumaq piy vəzilərinin fəaliyyətinə təsir etmir. Buna görə də saçları daha az yumaqla onların daha gec yağlanmasına “öyrəşdirmək” mümkün deyil.

Əksinə, baş dərisinin uzun müddət təmizlənməməsi kir və piy ifrazatının yığılmasına, zərərli mikroorqanizmlərin çoxalmasına və müxtəlif infeksiyaların yaranması üçün əlverişli şərait formalaşdırır.

Mütəxəssislər saçların sağlamlığını qorumaq üçün yuyulma tezliyinin fərdi xüsusiyyətlərə uyğun seçilməsini və gigiyena qaydalarına riayət olunmasını tövsiyə edirlər.

Mənbə: Health Mail.ru

Aynur Camal

Oxşar xəbərlər

ABŞ deportasiya reysini bərpa etdi

Aynur Camal

Məşhur TikTok fenomeni canlı yayım zamanı güllələnərək öldürüldü

Aynur Camal

Danimarka şahzadəsi İzabella 11 aylıq hərbi xidmətə başladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu