Bir çox insan şaçların tez yağlanmasından şikayət edir. Bəs, görəsən, bu problemi necə aradan qaldırmaq olar? Bugun.tv də elə bu sualın cavabını araşdırıb.
Saç dərisinin altında mövcud olan yağ kisəcikləri ərgənlik dövründə daha da aktivləşir. Bu kisəciklər hər gün müəyyən miqdarda sebum adlanan turşu ifraz edir. Təbii qoruyucu olan sebum dərinin müdafiə funksiyasını daha da gücləndirir, onu nəmləndirərək bakteriya və mikroblardan qoruyur. Lakin təkcə sebum deyil, immun sisteminin zəif olması və vitamin çatışmazlığı da saçların tez yağlanmasına səbəb olan amillərdəndir. Araşdırmalar göstərir ki, bu problemdən daha çox kişilər əziyyət çəkir.
Mütəxəssis Mahnur Qəhrəmanovanın sözlərinə görə, bu hal ondrogen hormonlarla əlaqədar olaraq kişilərdə daha çox rast gəlinir. “Saç yağlanması problemi qadınlarda da olur. Hormonal disk balansı, qida yetməzliyi, vitamin və immun çatışmazlığı sindromu saçların tez-tez yağlanmasına şərait yaradır. Əgər bu problem ilkin mərhələdədirsə onu nəzarətə götürmək və müalicələrə başlamaq olar”.
Müsahibimiz bildirir ki, vaxtında müdaxilə edildikdə yağlılığı asanlıqla aradan qaldırmaq mümkündü. Əks təqdirdə bir sıra xoşagəlməz hallar baş verə bilər. “Daxilə qəbul ediləcək dərmanlar var. Eyni zamanda saçlara düzgün qulluq da çox önəmlidir. Pilinqlər və digər bu kimi prosedurlarla isə dəridəki yağlılğı azaltmaq olar. Sebariya yağının ifrazı nəticəsində burasteziya göbələkləri üçün əlverişli şərait yaranır. Bunun üçün də ilk növbədə dərinin mikroflorasını yaxşılaşdırmaq lazımdır. Biz buu problemi ev şəraitində də kontrol altına ala bilərik. Ancaq vaxtında müdaxilə edilməyibsə və xəsətlik irəliləyibsə, bu halda mütləq stasionar müalicə tələb olunur”,- deyə ekspert M.Qəhrəmanova əlavə edib.