13 C
Baku
16 Mart 2026, 17:27
Maraqlı faktlar

Sadə, sürətli, dadlı və faydalı səhər yeməyi

YulaflıKökə – yulaf yarması və ya yulaf unundan hazırlanan, adətən yumurta və az miqdarda maye əlavə edilən blinçik və ya lavaşdır. Bu, həm sadə, həm də dəyişkən səhər yeməyi variantıdır və fitness həvəskarları ilə yanaşı, adi mətbəx bacarıqları olan hər kəs üçün də uyğundur.

Hazırlanması

Əsas inqrediyentlər:

  • Yulaf yarması: adi yulafı toz halına salmaq və ya azca üyütmək teksturaya təsir edir.
  • Yumurta: qarışığı birləşdirir və blinçik kimi formalaşdırır.
  • Maye: süd, bitki mənşəli süd, kefir, su və ya qatıq istifadə edilə bilər.

Qarışığı 5–10 dəqiqə saxlayın ki, yulaf mayeni udub düzgün qalınlaşsın. Sonra orta odda azca yağla qızardın və bir tərəfi hazır olduqda çevrin. İstəsəniz, o zaman içlik əlavə etmək olar.

İçlik variantları

  • Duzlu sevənlər üçün içlik: pendir və ispanaq, yumurta və göyərti, toyuq və tərəvəz, avokado və hind quşu əti, pendir və göbələk.
  • Şirin halda yemək istəyənlə rüçün isə: banan və darçın, qatıq və giləmeyvə, pendir və alma, fındıq pastası ilə armud dilimləri, rikotta pendiri və giləmeyvə ilə hazırlanır.

Faydaları

  • Daha çox lif və protein təmin edir, uzun müddət toxluq hissi yaradır.
  • Sadə tərkibi sayəsində hazırlamaq rahatdır və inqrediyentlərə nəzarət etmək mümkündür.
  • Səhər yeməyini daha doyurucu və balanslı edir, əlavə qəlyanaltılardan qaçmağa kömək edir.

Diqqət ediləcək məqamlar

  • Kalorili içliklər (pendir, şokolad, bal) ilə həddindən artıq istifadə etməyin.
  • Fərdi dözümsüzlük ola bilər – gluten və ya süd məhsullarına həssas insanlar diqqətli olmalıdır.
  • Ovsyanoblin (yulaflıkökə) təkcə metabolizmi sürətləndirmir; ümumi qidalanma və porsiya ölçüsü vacibdir.

Klassik resept

  • 2 yumurta çırpılır
  • 4 xörək qaşığı üyüdülmüş yulaf əlavə edilir
  • 3 xörək qaşığı süd və bir çimdik duz qatılır

Qarışıq 5–10 dəqiqə saxlanır, yağlanmış tavada orta odda qızardılır, hər iki tərəfi bişirilir

Ovsyanoblin həm səhər, həm günün digər vaxtları üçün uyğundur və həm duzlu, həm də şirin variantlarda təqdim edilə bilər.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Bolqar bibərini “superfood”a çevirməyin 5 sadə kulinariya sirri

Aynur Camal

Alimlər: Qəhvə orqanizmdə iltihabı azalda bilər

Aynur Camal

Süni intellekt və incəsənət tarixçiləri arasında mübahisə: Şah əsər, yoxsa sadəcə nüsxə?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu