24 C
Baku
5 Sentyabr 2025, 8:40
Baş xəbər

Şagirdə kəsici alətlə xəsarət yetirildi

Bu gün Bakı şəhəri 329 nömrəli tam orta məktəbdə tənəffüs vaxtı (saat 12:10 radələrində) X sinif şagirdi digər şagirdə (müvafiq səbəbdən şagirdlərin adı qeyd olunmur) qəfildən kəsici alətlə xəsarət yetirib.

Bugun.tv-yə daxil olan məlumata görə, xəsarət alan şagirdə müvafiq tibbi yardım göstərilib, dərhal təcili-tibbi yardıma və şagirdlərin valideynlərinə məlumat verilib.

Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, müvafiq araşdırmalara başlanılıb. Həmçinin hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır.

İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur.

Bugün TV

Oxşar xəbərlər

Avropada qazın qiyməti 15% artdı

Teymur Əziz

Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı iki yeni sənətkarlıq nümunəsi ilə zənginləşib

Aynur Camal

Hərbçilərimiz Kəlbəcərdə qəzaya düşdü: 1 nəfər öldü, digəri yaralandı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu