24 C
Baku
18 Aprel 2024, 13:54
Baş xəbərMədəniyyət

Noyabrda Sankt-Peterburqda Azərbaycan Mədəniyyət Günləri keçirilə bilər

Bu ilin noyabrında Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan Mədəniyyət Günləri keçirilə bilər.

Bugün.tv “Report”a istinadən xəbər verir ki, bu fikir sentyabrın 5-də Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova ilə görüşündə səsləndirilib.

Bildirilib ki, diplomat Rusiya ilə Azərbaycan arasında münasibətlərdən, o cümlədən mədəniyyət sahəsində əməkdaşlıqdan danışıb. Eyni zamanda P.Bülbüloğlu MDB-nin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin sədri qismində fəaliyyəti, fondun xətti ilə keçirilmiş tədbirlər haqqında nazirə ətraflı məlumat verib.

Görüş əsnasında Azərbaycanla Rusiya Mədəniyyət nazirlikləri arasında əməkdaşlıq proqramı, beynəlxalq təşkilatlar çərçivəsində mədəni əməkdaşlığın genişləndirilməsi, beynəlxalq tədbirlər haqqında məlumat mübadiləsi və qarşılıqlı iştirak imkanları, iki ölkənin mədəniyyət müəssisələri arasında birbaşa əlaqələrin qurulması və birgə fəaliyyəti, habelə müştərək kino layihəsinin yaradılması, Azərbaycan və Rusiya tərəfindən təşkil edilən kinofestivallarda iki ölkənin filmlərinin iştirakı məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bundan əlavə, cari ilin noyabr ayında Sankt-Peterburq şəhərində keçiriləcək Beynəlxalq Mədəniyyət Forumunda Azərbaycanın təmsil olunması, sözügedən forum çərçivəsində Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi imkanları da müzakirə mövzusu olub.

Aynur Camal

Oxşar xəbərlər

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdi

Nigar Məmmədova

İraq Parlament sədri istefa edib

Aynur Camal

Azərbaycan və Qazaxıstan nümayəndələrinin işçi görüşü keçirildi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu