11 C
Baku
3 Dekabr 2025, 23:10
Digər

Şagirdlərin hazırladıqları “Azərbaycan Zəfəri” orbitə buraxıldı

Bugun.tv-xəbər verir ki, Azərbaycanlı şagirdlərin hazırladığı “Azerbaijan’s Victory” peyki SpaceX raketi ilə orbitə göndərilib.

Bu gün səhər “Azerbaijan’s Victory” adlı PocketQube tipli mini-peyk ABŞ-ın Kaliforniya ştatında yerləşən Vandenberg Space Force Base kosmodromundan SpaceX-in Falcon 9 raketi ilə uğurla orbitə buraxılıb.

Rəsmi açıqlama KOSMIK (SPACE) Akademiyasının, Azercosmos-un və aidiyyəti dövlət qurumlarının iştirakı ilə keçirilən brifinqdə verilib. Bildirilib ki, layihə Azərbaycanın kosmik təhsil proqramları çərçivəsində indiyədək həyata keçirilmiş ən genişmiqyaslı məktəbli təşəbbüslərindən biridir.

Peyk “Azerbaijan National Satellite Innovation Competition” müsabiqəsinin nəticəsi olaraq hazırlanıb. Layihəyə Azercosmos-un KOSMIK Akademiyası rəhbərlik edib, təşəbbüsə Təhsil İnstitutu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, eləcə də PASHA Holding dəstək göstərib. Braziliya Kosmik Agentliyi və IDEIA Space şirkəti isə texniki məsləhət və buraxılış prosesinə hazırlıq mərhələsində iştirak edib. Peykin konstruksiyası və proqramlaşdırılması əsasən Azərbaycanda — müsabiqədən seçilmiş şagird və müəllim komandaları tərəfindən hazırlanıb, son mərhələdə SpaceX ilə inteqrasiya işləri aparılıb.

Layihədə ölkənin müxtəlif bölgələrindəki ümumi təhsil müəssisələrindən 7–9-cu siniflərdə oxuyan ümumilikdə təxminən 650–750 şagirdin iştirak etdiyi bildirilib. Komandalar PocketQube formatına uyğun olaraq təxminən 5×5×5 sm ölçülü peyki hazırlayıb, onun telemetriya sistemləri, enerji idarəetməsi və orbitdə sınaq missiyası üçün nəzərdə tutulan modulları üzərində çalışıblar. Təşkilatçılar buraxılışı Azərbaycan təhsilində kosmik mühəndislik üzrə ilk praktiki addımlardan biri kimi qiymətləndirib və layihənin şagirdlərə real kosmik proseslərlə tanış olmaq imkanı yaratdığını vurğulayıblar.

Bu missiya yerli məktəblilər üçün həm innovasiya bacarıqlarının inkişafı, həm də qlobal kosmik sənayedə real iştirak nümunəsi kimi təqdim olunur. Azercosmos-un açıqlamasına görə, peykin orbitdən göndərəcəyi ilkin siqnallar yaxın günlərdə izləniləcək.

Aynur Camal

Oxşar xəbərlər

Dövlət Duması Qərb ölkələrinin Olimpiadanı boykot etmə ehtimalını qiymətləndirdi

Aynur Camal

Baş Dövlət Yol Polisi İdarəsinin məlumatı

Kəmalə Sultan

C.Bayramovun BQXK – nin Azərbaycandakı nümayəndəliyinə rəhbərliyi ilə görüşünə dair mətbuat məlumatı

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu