13 C
Baku
10 Aprel 2026, 12:09
Digər

Sağlam bel üçün ən yaxşı “dərman”: 5 effektiv məşq

Bel ağrısı müxtəlif yaş qruplarında geniş yayılmış problemlərdən biridir. Uzun müddət oturaq həyat tərzi, hərəkətsizlik, düzgün olmayan duruş və zəif bel əzələləri bu ağrıların əsas səbəbləri hesab olunur.

Mütəxəssislər bildirir ki, sadə və müntəzəm məşqlər bel əzələlərini gücləndirir, hərəkətliliyi artırır və gərginliyi azaldır.

1. Cat-Cow Stretch (Pişik-inək hərəkəti)

Onurğanı yumşaq şəkildə uzadır və beldəki gərginliyi azaldır.

İcra qaydası:

Dörd ayaq üzərində dayanmaq (əllər çiyin altında, dizlər çanaq altında)

Nəfəs alarkən beli aşağı salıb başı qaldırmaq

Nəfəs verərkən beli yuxarı qaldırıb başı aşağı salmaq

10–15 dəfə təkrar edin

2. Glute Bridge (Çanaq qaldırma)

Bel, qarın və omba əzələlərini gücləndirir.

İcra qaydası:

Arxası üstə uzanın, dizlər bükülü olsun

Çanağı yuxarı qaldırın

2–3 saniyə saxlayın və yavaş endirin

12–15 dəfə təkrar edin

3. Knees to Chest Stretch

Bel nahiyəsində gərginliyi azaldır və əzələləri rahatladır.

İcra qaydası:

Arxası üstə uzanın

Bir dizinizi sinəyə doğru çəkin

20–30 saniyə saxlayın

Hər ayaq üçün 3 dəfə edin

4. Supine Spinal Twist

Onurğanı yumşaq şəkildə dartır və bel yükünü azaldır.

İcra qaydası:

Arxası üstə uzanın, qollar yanlara açıq olsun

Dizləri bir tərəfə endirin

15 saniyə saxlayın, sonra digər tərəfə keçin

10 dəfə təkrar edin

5. Plank

Bel, qarın və ümumi bədən əzələlərini gücləndirir.

İcra qaydası:

Dirsəklər üzərində plank vəziyyəti alın

Bədən düz xətt təşkil etməlidir

20–40 saniyə saxlayın

Mini məşq proqramı

Bu hərəkətləri həftədə 3–4 dəfə, gündə 10–15 dəqiqə etmək tövsiyə olunur:

Pişik-inək – 10 təkrar

Çanaq qaldırma – 12 təkrar

Dizləri sinəyə çəkmə – hər ayaq üçün 3 dəfə

Burulma hərəkəti – 10 təkrar

Plank – 30 saniyə

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Həkimdən məsləhət: Hansı yorğan altında yatmaq çətinləşir?

Aynur Camal

Araşdırma: Pişiklər də eyni yeməkdən bezir

Aynur Camal

Starmerdən Tramp və Putinə sərt sözlər: Enerji qiymətlərindəki dalğalanmalar məni bezdirib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu