25 C
Baku
27 İyul 2024, 3:48
Sosial

“Sağlamlığın Qorunması” İctimai Birliyi ilə TƏBİB Anlaşma Memorandumu imzaladı – FOTO

Bugun.tv xəbər verir ki, 29 fevralda “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması məqsədi ilə görüş keçirilib.

Məlumata görə, görüşdə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, direktorun müşaviri Emin Xəlilov, Tibbi təhsil və innovasiyalar departamentinin rəhbəri Teymur Mirzəbəyli və ictimai birliklərin nümayəndələri iştirak ediblər.
Görüşü TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov açıq elan edərək bu cür əməkdaşlıqların səhiyyə sisteminin daha da inkişafına, gələcəkdə aktiv layihələrin həyata keçirilməsinə, tərəflər arasında faydalı, uzunmüddətli və effektiv əlaqələrin qurulmasına zəmin yaratdığnı qeyd edib. Daha sonra Tibbi təhsil və innovasiyalar departamentinin rəhbəri Teymur Mirzəbəyli və digər əməkdaşlar çıxış edib.

“Sağlamlığın Qorunması” İB-nin sədri Yazgül Abdıyeva bu əməkdaşlıq üçün TƏBİB-ə təşəkkür edib.
O qeyd edib ki, bu Anlaşma Memorandumu əhalinin sağlamlığının qorunması sahəsində və davamlı tibbi təhsil çərçivəsində tibb işçilərinin ixtisasları üzrə biliklərinin artırılması məqsədi daşıyır. Y. Abdıyeva Bu qarşılıqlı əməkdaşlığın Azərbaycanda səhiyyə sisteminin daha da inkişafına öz töhfəsini verəcəyini, birgə uğurlu işlərə imza atmaq üçün birgə əməkdaşlığın vacibliyini vurğulayıb.

Bu memorandumun imzalanması ilə “Sağlamlığın Qorunması” İB və TƏBİB arasında qarşılıqlı faydalı əlaqələrin qurulması və inkişafı genişlənəcək.

Daha sonra TƏBİB və “Sağlamlığın Qorunması” İctimai Birliyi arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb.

Mənbə yenigundem.az

Kəmalə Sultan

Oxşar xəbərlər

Quba rayonunda “Sahibkarların ixrac fəaliyyətinin təşviqi” layihəsi icra edilib

Bugün TV

“Əlil Qadınlar Cəmiyyəti” 6 aylıq hesabatını açıqladı – VİDEO

Elnarə Dərziyeva

Qida təhlükəsizliyi sahəsində yeni rüsumlar müəyyənləşir

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu