Dünya

Sahildə dəhşət… Köpəkbalığı hücuma keçdi, ağır yaralandı

Avstraliyanın Cənubi Avstraliya əyalətində çimərlikdə köpək balığının hücumuna məruz qalan şəxs ağır yaralanıb.

Polisin verdiyi açıqlamaya görə, hadisə yerli vaxtla saat 09:45 radələrində baş verib.

Əyalətin paytaxtı Adelaidadan 27 km cənub-qərbdə çimərlikdə üzgüçüyə köpək balığının hücumu xəbərindən sonra hadisə yerinə qruplar göndərilib.

Açıqlamada bildirilir ki, ərazidə ilkin tibbi yardım göstərilən ağır yaralı xəstəxanaya çatdırılıb. Sahildəki digər insanların təxliyə edildiyi bildirilir.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

Nigeriyada metanol şübhəli içkidən ölənlərin sayı 48-ə çatdı

Aynur Camal

Güclü yağış Uffizi qalereyasına sızdı: Karavacconun əsəri zədə təhlükəsi yaşadı

Aynur Camal

İran İsveç diplomatına ölkəni tərk etmək üçün 48 saat vaxt verdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu