11 C
Baku
7 Dekabr 2024, 21:02
Dünya

Sahildə yuyulan sirli nəhəng obyekt səlahiyyətliləri hərəkətə keçirməyə vadar etdi!

Vyetnamın Quanq Nqay bölgəsində sahilə çıxan sirli qızılı sarı obyekt maraq doğurub. Obyekti ilk görənlər heyrətlə cib telefonlarını tutub fotolar çəkdirərkən, səlahiyyətlilərdən açıqlama gəldi. Asiya ölkəsi Vyetnamın Quanq Nqay bölgəsində sahilə çıxan nəhəng obyekt yerli insanları təəccübləndirib. Sahildə qırıntılar yığarkən bu böyük və sirli obyekti görən şəxs dərhal səlahiyyətlilərlə əlaqə saxlayıb.

İlkin araşdırmalarda nəhəng obyektlə bağlı bəzi ipuçları toplansa da, qəti bir nəticəyə gəlmək mümkün olmayıb.

Dolanışığını hurda toplamaqla təmin edən To Van Duonq adlı şəxs başqa bir adi gündə qırıntı toplamaq üçün sahilə gəlib. Tezliklə o, böyük silindrik bir obyektin sahilə sürükləndiyini gördü. Obyekt qarşısında təəccübünü gizlədə bilməyən şəxs vəziyyəti tez bir zamanda Pho Quang Sərhəd Mühafizə Stansiyasına çatdırıb.

Zənglə hadisə yerinə gələn səlahiyyətlilər ilk araşdırmalarını aparıblar. Qızılı boyalı gövdəsi və tünd qəhvəyi alt tərəfi ilə diqqət çəkən obyekt maraq doğurub. Obyektin üzərində çoxlu Çin hərflərinin olması da həyəcanı artırıb.

Səlahiyyətlilər tərəfindən verilən açıqlamada, sirli obyektin diametrinin təxminən 4 metr, hündürlüyünün isə 5 metr olduğu bildirilib. Bu nəhəng strukturun külək və dalğa şəraitini, axınları və digər ətraf mühit amillərini ölçmək üçün istifadə edilən Lidar dəniz şamandırası olduğu düşünülür. Şamandıra açıq dənizlərdə meteoroloji və okeanoqrafik məlumatları izləmək və ölçmək qabiliyyətinə malikdir.

Onun dizaynı diqqəti cəlb edir

Dizayn baxımından da diqqət çəkən obyektin detalları da eyni dərəcədə maraqlıdır. Qızılı boyalı metal sütunlarla əhatə olunmuş gövdəsi və altındakı tünd qəhvəyi hissə çox fərqli bir estetika yaradır. Çin simvollarının olması obyektin mənbəyi haqqında ipucu verir. Bununla belə, rəsmilər obyektin dəqiq mənşəyi və funksiyasını müəyyən etmək üçün daha ətraflı araşdırma aparılacağını bildiriblər. Vyetnam sahillərində tapılan bu nəhəng obyekt təkcə yerli əhalinin deyil, bütün dünyanın diqqətini cəlb edib. Alimlər və səlahiyyətlilər sahilə çıxan bu sirli şamandıranın sirlərini açmaq üçün işlərini davam etdirirlər.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Tesla 2 milyona yaxın avtomobili geri çağıracaq

Teymur Əziz

Daha 2 terrorçu zərərsizləşdirildi

Nigar Məmmədova

Rifah sərhədinin bağlanması 1000 uşağın və xəstənin ölümünə səbəb oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu