25 C
Baku
27 İyul 2024, 4:21
İdman

Şahruddin neçə ay yaşıl meydandan uzaq qalacaq?

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev ciddi zədə alıb.

Bu barədə Bugun.tv-yə klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, 29 yaşlı qolkiperin qolu sınıb:

“Cərrahi müdaxiləyə ehtiyac olacaq. Amma əməliyyatın vaxtı və yeri dəqiq bilinmir. Variantlara baxıldıqdan sonra qərar qəbul olunacaq”.

Klub rəsmisi məşqdə zədələnən təcrübəli qapıçının təqribən 2 ay yaşıl meydanlardan kənarda qalacağını söyləyib. Bu isə o deməkdir ki, qolkiper UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika “Gent”inə qarşı hər iki matçı buraxacaq. Qarşılaşmalar müvafiq olaraq, fevralın 16-sı və 23-də keçiriləcək.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev Azərbaycan milli komandasının da üzvüdür.

Nigar Məmmədova

Oxşar xəbərlər

Qran-Prinin müqavilə müddəti 2026-cı ilədək uzadıldı

Aynur Camal

“Paris Saint-Germain” və “Əl-Nasr” qarşılaşması baş tutub

Bugün TV

Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Braziliya Ciu-citsusu üzrə Açıq Bakı Turniri

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu