18 C
Baku
16 Oktyabr 2025, 4:48
İdman

Şahruddin neçə ay yaşıl meydandan uzaq qalacaq?

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev ciddi zədə alıb.

Bu barədə Bugun.tv-yə klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, 29 yaşlı qolkiperin qolu sınıb:

“Cərrahi müdaxiləyə ehtiyac olacaq. Amma əməliyyatın vaxtı və yeri dəqiq bilinmir. Variantlara baxıldıqdan sonra qərar qəbul olunacaq”.

Klub rəsmisi məşqdə zədələnən təcrübəli qapıçının təqribən 2 ay yaşıl meydanlardan kənarda qalacağını söyləyib. Bu isə o deməkdir ki, qolkiper UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika “Gent”inə qarşı hər iki matçı buraxacaq. Qarşılaşmalar müvafiq olaraq, fevralın 16-sı və 23-də keçiriləcək.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev Azərbaycan milli komandasının da üzvüdür.

Nigar Məmmədova

Oxşar xəbərlər

Messidən 800-cü qol

Aynur Camal

“Azərbaycana ilk qızılı biz gətirəcəyik”

Bugün TV

“Barselona” “Real”a qalib gəldi, superkubok qazandı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu