Böyük Britaniya şahzadəsi Uilyam və Uels şahzadəsi Keyt Middltonun 13 yaşlı oğlu Corcun çəkdiyi quş rəsmi “Country Life” jurnalının xüsusi buraxılışında dərc olunub.
Bugun.tv xəbər verir ki, bu barədə “Mail.ru” məlumat yayıb.
Nəşrdə yer alan rəngli rəsmdə budaq üzərində oturmuş, yaşıl-sarı lələkləri olan balıqçıl quşu təsvir edilib. Şahzadə Corc bu əsəri ötən ilin yazında, 12 yaşında olarkən ailəsinin evində çəkib. Rəsm təxminən bir il sonra ilk dəfə geniş ictimaiyyətə təqdim olunub.
Əsər ətraf mühitin qorunması mövzusuna həsr edilmiş xüsusi buraxılışa daxil edilib. Jurnalın həmin nömrəsinin qonaq redaktoru isə şahzadənin atası, vəliəhd şahzadə Uilyam olub.
Corcun rəsmə marağı yeni deyil. 2022-ci ildə valideynləri onun Milad bayramı münasibətilə çəkdiyi maral rəsmini də ictimaiyyətlə bölüşmüşdülər. Anası Keyt Middlton da incəsənətlə maraqlanır və universitetdə incəsənət tarixini öyrənib.
Mənbə: mail.ru
