27 C
Baku
27 İyul 2024, 3:37
Dünya

Şahzadə Salmandan ‘Neom layihəsi’ üçün qalmaqallı əmr: Öz vətəndaşlarını güllələyəcək

Şahzadə Salman ölkəsinin neftdən asılılığını azaltmaq üçün xəyal etdiyi ‘Neom layihəsini’ həyata keçirməkdə qərarlıdır… Evlərini tərk etməyənlərə ‘vuruş əmri’ verildiyi iddia edildi.

Səudiyyə hökuməti və Neom layihəsi rəsmiləri bu iddialarla bağlı sualları cavablandırmaqdan imtina ediblər. Neom layihəsi 2030-cu ilə qədər Səudiyyənin Vizyon strategiyasının bir hissəsidir və dəyəri təxminən 500 milyard dollardır. Səudiyyə Ərəbistanında onlarla Qərb şirkətinin dəstəyi ilə inşa edilən Neom ekoloji şəhər layihəsini reallaşdırmaq üçün əlindən gələni edən Şahzadə Salman haqqında qalmaqallı iddia irəli sürülüb.

İngilis BBC-nin xəbərinə görə, Şəhərin tikintisi üçün bölgədəki əraziləri boşaltmağa çalışan Səudiyyə rəsmilərinin evlərini tərk etməyənləri gülləbaran etmələri üçün təhlükəsizlik qüvvələrinə əmr verdiyi iddia edilib.

Polkovnik Rabih Alenezi “Neom” adlı layihə çərçivəsində “Xətt” adlı şaquli şəhərin tikintisi üçün bölgədəki kəndlilərin evlərindən çıxarılması əmri aldığını bildirib. Evindən çıxmaq istəməyən kişi güllələnərək öldürülüb. LAYİHƏNİN 2030-cu ilə qədər tamamlanması planlaşdırılmışdır

Neom layihəsinin 2030-cu ilə qədər başa çatdırılması planlaşdırılır. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salman Neomun tikiləcəyi ərazini mükəmməl “boş kətan” kimi təsvir edib.

Hökumətin açıqlamalarına görə, altı mindən çox insan bu xətt üzrə öz yerini tərk edərək başqa yerlərə köçüb. Ancaq İngiltərədəki ALQST insan haqları təşkilatının hesablamalarına görə, bu rəqəmin daha çox olduğu bildirilir.

Tədqiq edilən peyk görüntülərində boşaldılan üç bölgədə (Əl Xurayba, Şarma və Qayal) məktəblər, evlər və xəstəxanaların xəritədən silindiyi müəyyən edilib.

Mənbə: BBC Türk

Aynur Camal

Oxşar xəbərlər

Yerusəlim kilsəsində Müqəddəs Od enib

Nigar Məmmədova

Miqrant qayığı batdı: 8 nəfər həyatını itirdi

Bugün TV

Sovet dövründən qalma binada yanğın baş verdi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu