6 C
Baku
27 Fevral 2026, 9:47
Baş xəbərDünya

Şahzadə Uilyam və Kate Middleton evdə yatarkən oğurluq şoku! Windsor qalası qarət edildi

İngiltərədə Şahzadə Uilyam və ailəsinin yaşadığı Vindzor qalasına oğru girib. Üstəlik, oğurluq kral ailəsi onların evində olarkən baş verib. Gecə saatlarında maskalı quldurlar 2 metrlik hasardan keçərək kənd təsərrüfatı maşınlarını oğurlayıblar. Hadisə təhlükəsizlik qapısının sındırılması ilə üzə çıxıb. Uels şahzadəsi Uilyam və həyat yoldaşı Keyt Middlton və uşaqları evdə yatarkən maskalı quldurlar Vindzor qəsrinə soxulublar. Şahzadə Uilyam və ailəsi evdə yatarkən oğrular 2 metrlik hasardan keçərək təsərrüfat maşınlarını oğurlayıblar.

 Hadisə şahidləri bildiriblər ki, onlar oğruların bir müddətdir qalada müşahidə apardıqlarını zənn ediblər. Soyğunçular oğurladıqları yük maşını ilə təhlükəsizlik darvazasını dağıdıb, pikap və televizoru götürərək gözdən itiblər. Bu oğurluq hadisəsi silahlı polisin Windsor qalasının iki əsas giriş qapısından geri çəkildiyi elan edildikdən sonra baş verib. Oğurluq qəsrin təhlükəsizlik zonasındakı Shaw Farm-da baş verib. Temza Vadisi Polisi məsələ ilə bağlı aşağıdakı açıqlamanı verib: “Oktyabrın 13-ü, bazar günü gecə təxminən saat 23:45-də Vindzorda Crown torpaq sahəsinə oğurluq edilməsi barədə məlumat aldıq. Şübhəlilər ferma binasına soxularaq qara rəngli “Isuzu” markalı pikap və qırmızı ATV oğurladılar”.

Hadisə ilə bağlı hələlik həbs olunmayıb, istintaq davam edir.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

ABŞ Kiyevin mərkəzində yeraltı seminar keçirməyə hazırlaşır

Aynur Camal

Əfqanıstan Pakistanla sərhəddə əməliyyata başladığını açıqlayıb

Aynur Camal

Maduro ABŞ məhkəməsindən ona qarşı işi bağlamağı tələb edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu