21 C
Baku
8 Oktyabr 2024, 4:34
Baş xəbərHadisə

Sakit okeanın cənub-qərbində iqlim dəyişikliyinin təsirləri artır

Bugun.tv xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatı (WMO) iqlim dəyişikliyinin təsirlərinin Sakit okeanın cənub-qərbində artdığını və bunun regiona sosial-iqtisadi ziyan vurduğunu açıqlayıb.

Ümumdünya Ticarət Təşkilatı “Cənub-Qərbi Sakit Okeanın İqlim Vəziyyəti 2022” adlı hesabat dərc edib.

“Dəniz səviyyəsinin qalxması alçaq adaların gələcəyini təhdid edir, eyni zamanda okean istiliyinin artması və turşulaşma həyati və həssas dəniz ekosistemlərinə zərər verir”, – hesabatda deyilir.

Hesabatda qeyd olunub ki, bu ekstremal təbiət hadisələri regionda kənd təsərrüfatı kimi əsas sektorlara sosial-iqtisadi risklər və təsirlər göstərir.

Üç ildən artıqdır davam edən La Nina iqlim hadisəsinin temperaturlara təsirinə diqqət çəkən hesabatda, “La Ninanın müvəqqəti soyutma təsirinə baxmayaraq, bölgə üçün isti bir il oldu. Orta 2022-ci ildəki temperatur 2011-ci ildəki son güclü La Nina iqlim hadisəsindən 0% aşağıdır. Bu, 2 ilə 0.3 dərəcə yüksək tempratur deməkdir”, – bildirilib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Dənizdə tornado yarandı

Teymur Əziz

Ən yüksək dərəcəli medal “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı olacaq

Aynur Camal

İş adamı arı sancmasından öldü

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu