Baş xəbərSosial

Salyanda nələr baş verir?

Dəyərli dostlar, avqustun 23-dən etibarən doğulub boya-başa çatdığım Salyan rayonunun Yenikənd kəndindən (el arasında Bakı Xalacı adlanır) vahiməli xəbərlər gəlir. Xüsusən gecə saatlarında əhalinin yaşadığı əksər evlərə naməlum şəxslər tərəfindən hücumlar təşkil edilir, daş atılır. Əhalini vahimə içərisində saxlamaqda məqsəd nədir? 15.000 nəfərdən çox əhalinin yaşadığı Yenikənd, Şəkərli, Qardili və Həsənli kəndlərində əslində nə baş verir? Salyan rayon Polis İdarəsinin 50-dən çox əməkdaşı hadisə yerindədir. 3 gündür dron çəkilişləri aparılır. 1-2 nəfər şübhəli şəxs qismində saxlanılsa da hiss olunur ki, hüquq-mühafizə orqanlarının əməkdaşları mətləbdən “uzaqlaşmağa çalışırlar”.

Baş verən hadisə ilə əlaqədar mənim öz düşüncələrim var. Xatırlayırsınızsa 1 ay öncə Azərbaycanın Böyük Britaniyadakı Səfirliyinə dini təriqət tərəfindən hücum təşkil edildi. O zaman Səfir Elin Süleymanov Bakıda idi. Britaniya polisi gözləmə mövqeyi tutdu. Nəticədə Azərbaycanın dövlət bayrağına qarşı hörmətsizlik edildi. Şahidlər deyir ki, Yenikənd kəndində baş verənlərdə həmin ssenarinin işartıları görünür. Qara paltar və maskada olanlardan birinin üzərində “313” işarəsinin yazıldığını görənlər var.

Qeyd: Polis araşdırma apardığı üçün azacıq səbirli olaq. Mən yaxın günlərdə fikirlərimi Sizinlə bölüşəcəm.

Şamil Sabiroğlu,

Medonline.az və sabiroghlu.az saytlarının baş redaktoru, müharibə veteranı.

Aynur Camal

Oxşar xəbərlər

Turizm şirkətləri vulkan püskürməsi nəticəsində ölənlərin məsuliyyətini etiraf edir

Bugün TV

Ermənilərin törətdiyi soyqırımından 105 il ötdü

Aynur Camal

Meşə yanğını oldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu