Mədəniyyət

Şamil Ənvəroğlu yeni kitablarını oxuculara təqdim edib

Bugun.tv xəbər verir ki, tanınmış publisist, şair Şamil Ənvəroğlunun yeni kitabları işıq üzü görüb.

Özünəməxsus dəstxətti, yaradıcılığının forma və məzmun mükəmməlliyi ilə seçilən və sevilən yazıçının “Yaşanmışlar… Düşüncələr… Ümidlər” romanının və  “Həyata inad gülümsə” şeirlər kitabının möhtəşəm təqdimat mərasimi keçirilib.

 

Kitab Qərbi Azərbaycanın qaçqınlıq həyatını özündə əks etdirir. Mərasimdə elm və sənət adamları, şairin qələm dostları, jurnalistlər və digər qonaqlar çıxış ediblər. “Yaşanmışlar… Düşüncələr… Ümidlər…” romanının tarixi, ictimai-siyasi əhəmiyyətindən danışıblar.

Çıxış edənlər Şamil Ənvəroğlunun çoxcəhətli və bənzərsiz yaradıcılığından söz açıblar, fəaliyyətində uğurlar arzulayıblar.

 

Şairin şeirləri gənc və istedadlı qiraətçilər tərəfindən ifa olunub. Şeirlərinə yazılmış mahnılar səsləndirilib.

Yazıçı Ş.Ənvəroğlu imzalı kitablarını iştirakçılara təqdim edib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Kinorejissor Faiq Nağıyev ARKA-nın fəaliyyətindən narazıdır: “Nə vaxta qədər eyni adamlara vəsait ayrılacaq?”

Elnarə Dərziyeva

Rusiyada keçiriləcək “Torpağın Duzu” festivalında BRICS ölkələrinin filmləri nümayiş olunacaq

Aynur Camal

Azərbaycan Mədəniyyəti platforması “Şuşadan Dünyaya” layihəsində uğurla çıxış etdi

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu