23 C
Baku
28 İyul 2025, 9:57
Baş xəbərHadisə

Samux polisi avtomobil qaçıran şəxsləri saxladı

Bugun.tv xəbər verir ki, dekabr ayının 14-də axşam saatlarında Gəncə şəhər sakini A. Abdürrəhmanov DİN-in 102 Zəng Mərkəzi Xidmətinə müraciət edərək müştəri qismində əyləşən 2 nəfər naməlum şəxsin onu döyərək “Toyota-Prius” markalı avtomobilini əlindən alaraq qaçırdıqlarını bildirib.
Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri Sərxan Mürsəlov və Eşqin Mustafayev Samux rayon ərazisində saxlanılaraq aidiyyəti üzrə istintaqa təhvil verilib.

Aynur Camal

Oxşar xəbərlər

Qlobal yaşıl enerji potensialı 50 faiz artdı

İntizar Əmirova

Vinq Çun üzrə Bakı çempionu Tamilla Hüseynli: “İndiki zamanda qızların özünü müdafiə edə bilməsi mütləqdir”

Bugün TV

Narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanıldı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu