16 C
Baku
19 Aprel 2026, 21:29
Baş xəbərKriminal

Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena və yerin təkindən istifadə qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir. 

Bugun.tv-yə daxil olan məlumata görə, cari ayda Ağsu rayonu ərazilərində keçirilən belə tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi, lisenziya və ya icazə olmadan yerin təkindən istifadə etmə, istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi), 228-ci (lisenziya və ya icazə olmadan yerin təkindən istifadə etmə) və 266-cı (istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması) maddələrinin tələblərini pozduqlarına görə Ağsu rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin sədri, Pirhəsənli və Yəgəli kənd bələdiyyələrinin sədrləri  barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Aynur Camal

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu