Image default
Texnologiya

Şarj kablolarının ömrünü uzatma yolları – uzmanlar ən çox edilən səhvləri açıqladı

Bugun.tv xəbər verir ki, şarj kablolarının tez sıradan çıxmasının əsas səbəbi düzgün istifadə edilməməsidir. Mütəxəssislərin fikrincə, problem kablonun necə sarınmasında deyil, əsasən onun ucluq hissəsində yaranan mikroskopik çatlarda və gündəlik yanlış istifadədədir.

Maryland Universiteti İleri Yaşam Döngüsü Mühendisliği Mərkəzinin qurucusu Patrick Pecht bildirir ki, kabloların sıradan çıxması adətən fiziki gərginlik və təkrar əyilmə nöqtələrində baş verir. Mütəxəssis bu prosesi “metalın yorulması” kimi izah edir.

Ekspertlərin qeyd etdiyinə görə, ən çox edilən səhv kabeli şnurdan çəkərək prizdən çıxarmaqdır. Bu zaman ən böyük zərər kabelin fişə birləşən hissəsində yaranır.

Digər risklər arasında kabeli kəskin bucaq altında əymək, yataqda istifadə zamanı cihazı dartmaq və avtomobildə telefonun ağırlığını kabelə vermək də var. Bu vərdişlər kabel daxilindəki nazik metal tellərin qırılmasına səbəb olur.

Mütəxəssislər bildirir ki, kabelin ömrünü uzatmaq üçün onu yalnız başlıq hissəsindən tutaraq çıxarmaq və kəskin əyilmələrdən qaçmaq kifayətdir.

Mənbə: The Guardian 

Aynur Camal

Oxşar xəbərlər

James Webb teleskopu ulduzunun ölümündən sağ çıxan ekzoplaneti araşdırdı

Aynur Camal

Avropanın müdafiə texnologiyası startapı “Helsing” 1,8 milyard dollar investisiya cəlb edib

Aynur Camal

Süni intellekt bumu planşet və noutbukların qiymətini artırır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu