35 C
Baku
20 İyul 2025, 11:55
DünyaSiyasət

Sauli Niinistö keçmiş baş nazirin istefasını qəbul etdi

Bugun.tv xəbər verir ki, Finlandiya prezidenti Sauli Niinistö keçmiş baş nazir Sanna Marinin istefasını qəbul edib.

Bəyanata görə, müvəqqəti hökumət yalnız rutin və təxirəsalınmaz işlərlə məşğul olacaq.

Qeyd edək ki, Finlandiyada mühafizəkar Milli Koalisiya Partiyası 20,8 faiz, Əsl Finlər Partiyası 20,1 faiz, Marinin rəhbərlik etdiyi Sosial Demokrat Partiyası isə 19,9 faiz səs toplayıb.

Finlandiyada lider kimi seçkiləri başa vuran partiya hökuməti qurmaqda prioritetdir. Ölkəni idarə etmək üçün 200 yerlik parlamentdə 100-dən çox deputatdan ibarət koalisiya yaradılmalıdır.

2019-cu il seçkilərini ilk üç yerdə tamamlayan partiyalar müvafiq olaraq Sosial Demokrat Partiyası, Real Finlər Partiyası və Milli Koalisiya Partiyası olub.

Mənbə:TRT haber

Nigar Məmmədova

Oxşar xəbərlər

“Enerji üzrə sanksiyalarımıza görə Rusiya hər gün 160 mln.avro itirir”

Aynur Camal

Körpələrini övladlığa vermək üçün təzyiqlərə məruz qaldılar

Aynur Camal

İsveç müharibəyə hazırlaşır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu