Daxili İşlər Nazirliyi məlumat yaydı
Baş xəbərKriminal

Vətəndaşa qarşı quldurluq edən şəxs saxlanıldı

Nərimanov RPİ 17-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxt sakinləri Vüqar Rzayev, Zahid Hüseynov, qardaşı Fərahim və bir yeniyetmə müəyyən olunaraq saxlanılıblar.

Bu barədə Bugun.tv-Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Belə ki, onlar martın 22-də rayon ərazisində yerləşən çay evlərinin birində Bakı şəhər sakini V.Əliyevin 140 manat pulunu və 2 ədəd mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinirlər.

Faktla bağlı araşdırma aparılır.

Bugün TV

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: “Heç kimə Rusiya və İranın kəşfiyyatı tərəfindən yaradılan əski parçalarını reklam etmək haqqı verilmir”

Aynur Camal

Vüqar Bayramov: Azərbaycana gələn turistlərin 30 faizi Türk dövlətlərinin vətəndaşlarıdır

Aynur Camal

Laçın rayonunun iqtisadiyyatı 25 dəfə böyüyüb – Vüqar Bayramov

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu